Modern.az

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

IV Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu Batumidə keçiriləcək

Aktual

19 Avqust 2017, 22:44

Dördüncü Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu sentyabrın 7-8-də Batumidə keçiriləcək. Modern.az “Report”a istinadən xəbər verir ki, tədbir iştirakçıları əsasən regionlar arasında yükdaşıma sahəsində mövcud olan əsas problemləri müzakirə edəcəklər. Toplantıda, həmçinin, regionun nəqliyyat infrastrukturunun inkişaf perspektivlərini, dəniz, dəmir yolu, hava və avtomobil yolları vasitəsi ilə yükdaşımaların vəziyyətini, habelə, neft kəmərləri ilə daşınmalar və digər vacib məsələləri müzakirə obyekti olacaq.

Qeyd edək ki, Qara dəniz-Xəzər Nəqliyyat Forumu hər il keçirilir və bu tədbirdə regionun dəniz, hava, dəmir yolu və avtomagistrallarla yük daşınmaları sahəsində aktual məsələlər müzakirə olunur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü