Modern.az

Bayram Kürdəxanılının izdihamlı dəfn mərasimindən FOTOLAR

Bayram Kürdəxanılının izdihamlı dəfn mərasimindən FOTOLAR

Aktual

23 Avqust 2017, 18:05

Ötən gün meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi yaşadığı Kürdəxanı qəsəbəsində avtomobil vuraraq öldürüb.

 

Musavat.com xəbər verir ki, ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan B.Kürdəxanılı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Musavat.com-un əməkdaşları mərhumun yas mərasimində iştirak edib, ailəsi ilə görüşüblər.

 

Əməkdaşlarımızın verdiyi məlumata görə, hazırda mərhumun ata evində yas mərasimi keçirilir.

Mərasimdə çoxlu sayda tanınmış meyxanaçı iştirak edir.

Mərhumun xalası oğlu Süleyman Muradov B.Kürdəxanlının ölüm anından danışıb: " Faciə gecə saat 02:00 radələrində baş verib. Bayram Nardarandan toydan gəlirdi. Yolun qırağında maşınını saxlayıb, əks istiqamətə keçən zaman arxadan gələn avtomobil onu vurub. Maşın çox sürətli gəlirmiş. Hadisədən sonra Bayramı vuran sürücü dərhal onu Sabunçu xəstəxanasına aparıb.

 

Daha sonra ailəsinə zəng edərək xəbər verib. Ayaqları sınmışdı, ciyərləri partlamışdı. Hadisədən 2 saat sonra keçindi. Allah rəhmət eləsin".

Qeyd edək ki, mərhum saat 14:00-da Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü