Modern.az

Suriya ilə Livan sərhədi İŞİD-dən təmizləndi

Suriya ilə Livan sərhədi İŞİD-dən təmizləndi

Dünya

28 Avqust 2017, 22:13

Suriya ordusu Livanın “Hizbullah” hərəkatının döyüşçüləri ilə birlikdə Suriya-Livan sərhədində yerləşən dağlıq Kalamun bölgəsini İŞİD-dən azad edib. Modern.az "RİA Novosti”yə istinadən  xəbər verir ki, ərazi terrorçularından azad ediblər.

Qeyd edək ki, avqustun 19-da Livan ordusu bir sıra dağlıq ərazilərin terrorçulardan azad edilməsi əməliyyatına başlayıb. Məlumata əsasən, terrorçuların nəzarətində olan 120 kvadrat kilometrdən 100-ü azad edilib. Eyni zamanda “Hizbullah” hərəkatı Suriya ordusu ilə birgə Suriya-Livan sərhədində əməliyyat keçirib. Nəticədə 90 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü