Modern.az

Brüsseldə plastik paketlərdən istifadə qadağan edildi

Brüsseldə plastik paketlərdən istifadə qadağan edildi

Dünya

1 Sentyabr 2017, 18:00

Belçikada plastik peketlərdən istifadə qadağan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Brüsseldə sentyabrın 1-dən etibarən mağazalarda birdəfəlik plastik paketlərdən istifadə olunmayacaq.

Məlumata görə, bu qadağa paytaxtdakı bütün ticarət sahələrinə şamil edilib.

 

Yalnız meyvə və tərəvəz üçün plastik paketlərin 2018-ci ilin sentyabrınadək istifadə olunmasına icazə verilib.

 

Bugünkü qadağadan əvvəl alınan plastik paketlər noyabrın 30-dək istifadə oluna bilər.

 

Qeyd edək ki, ötən il Fransanın supermarketlərində plastik paketlərin satışı qadağan edilmişdi.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü