Modern.az

İstirahət mərkəzinin sahibi cərimələnib

İstirahət mərkəzinin sahibi cərimələnib

Aktual

7 Sentyabr 2017, 16:10

“Ağrıdağ” istirahət mərkəzinin sahibi cərimə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Baki şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

“Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmşi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü