22 fevral 2018, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Yerli cizgi filmləri azərbaycanlı uşaqlara nə üçün lazımdır? - PROBLEM  
Yerli cizgi filmləri azərbaycanlı uşaqlara nə üçün lazımdır? - PROBLEM  
09.09.2017, 09:41

Gələcəyimiz olan uşaqları formalaşdıran bir çox amillər var. Bu amillər sırasına uşaqların dünyagörüşünü formalaşdıran cizgi filmləri də daxildir. Cizgi filmləri uşaqlara kitab oxumaq, danışmaq, şəxsiyyət kimi formalaşmaq kimi məsələlərdə kömək edən vasitədir. Hər uşaq kitab oxumağı sevməyə bilər, amma cizgi filmini sevməyən çox az uşaq var. Dünyanın bir çox ölkəsində uşaqların intellektinin inkişafı, doğma dilini öyrənməsi üçün kifayət qədər cizgi filmləri çəkilir.
Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bu sahə o qədər də inkişaf etməyib. Bunun nəticəsində uşaqlar daha çox Türkiyə türkcəsində olan və rusdilli cizgi filmləri izləyirlər. Onlar cizgi filmlərindəki qəhrəmanların danışdığı dili mənimsəyirlər. Atılan bu təməl uşaqların doğma dildən uzaqlaşmasına səbəb olur.
Azərbaycanda bu sahənin geridə qalmasının səbəbi nədir?

 

“Azanfilm” studiyasının icraçı direktoru Emil İbrahimov Modern.az-a bildirib ki, cizgi filmlərinin inkifaşının qarşısında duran amillər var.

“Hər şeydən əvvəl mütəxəssis çatışmazlığı, animasiyanın başqa sahələrə nisbətən daha bahalı olması... Bundan əlavə, Azərbaycanda tamaşaçı kütləsinin az olması bu sahənin inkişaf etməsinin qarşısında duran əngəllərdəndir”.

 

E.İbrahimov bildirib ki, bu sahəyə dövlət dəstəyi olmasa, daha da geridə qalardı.

“Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ildə 2 animasiya filmi çəkilir. Keçən il “Əlifba”  adlı 5 hissəli animasiya filmini təhvil vermişik.  Film uşaqlarda kiçik yaşdan oxuma, yazma vərdişlərinin artırılması məqsədilə çəkilib. Animasiya ümumilikdə 30 dəqiqəyə yaxındır.

Animasiya heç də ucuz başa gəlmir. Bütün dünyada, hətta ən ucuz işləyən Hindistan və Banqladeşdə belə, animasiyanın bir saniyəsi 25 dollara çəkilir. Nəzərə almaq lazımdır ki, animasiya filminin üzərində yalnız animator yox, rejissorlar, rəssamlar, teksturaçılar, montajçılar, reqçilər və texniki işçilər də fəaliyyət göstərir. Hər bir ixtisas üzrə ayrı-ayrı qruplar işləyir. Bunun üçün də böyük maliyyə lazımdır. Layihə olmalıdır ki, bütün bunları bir yerdə saxlayasan”.

İcraçı direktorun sözlərinə görə, animasiya sahəsinin geridə qalmasının əsas səbəblərindən biri də mütəxəssis çatışmazlığıdır.
 

“Maliyyə vəziyyəti yaxşı olmayan yerdə kimisə güclə saxlamaq olmur. Həmin adamlar animasiyaya sərf etdiyi vaxtın, enerjinin  bir hissəsini sərf etməklə müxtəlif reklam, dizayn şirkətlərində fəaliyyət göstərirlər. Orada animasiya çəkilişinə sərf etdiklərindən az vaxt sərf etməklə çox qazanc əldə edirlər”. 


E.İbrahimov deyib ki, tamaşaçı kütləsinin azlığından da danışıb.

“Bizim yeni layihələrimizdən biri “Cırtdan” nağıl qəhrəmanı ilə bağlı animasiyaların hazırlanmasıdır. Amma yenə də qonşu ölkələr Rusiya və Türkiyənin səviyyəsinə çata bilmirik. Bizim uşaqlarımız öz cizgi filmlərimizdən çox, Türkiyə və Rusiya istehsalı filmlərə baxırlar. Bu da o ölkənin tamaşaçı kütləsi ilə bağlıdır. Onların istehsal etdikləri məhsulları reallaşdırmaq üçün bazarları var. Bizdə isə o bazar məhdud kütlədən ibarətdir və qoyulan xərc, çəkilən əziyyətin qarşılığını vermir. Dövlət tərəfindən animasiya çəkilişinə maliyyə ayrılmasa, vəziyyət daha da pis olar. Animasiya sahəsi kommersiya baxımından heç də maraqlı sahə deyil”.

 

Uşaq ədəbiyyatı sahəsində bir neçə kitab müəllifi olan yazıçı Reyhan Yusifqızı cizgi filmlərinin uşaqların formalaşmasında önəmli yeri olduğunu düşünür.

 

“Ümumiyyətlə, uşaqlar üçün yazılmış kitablar, musiqi, cizgi filmləri bunlar hamısı çox önəmlidir. Bəzi valideynlər buna önəm vermir. Bütün bunlar uşağın şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyətə malikdir. Milli ruh bunların köməyi ilə formalaşır. Millətlər, xalqlar arasında müəyyən fərqlər var, bu da onların uşaqlıqdan oxuduqları kitablar, baxdıqları cizgi filmləri, dinlədikləri musiqilərlə əlaqəlidir.

 Mən müşahidə etmişəm ki, bizim gənc valideynlər ilk növbədə uşağın yeməyini verir, onlara elə gəlir ki, yemək yeməsə böyüməyəcək. İkincisi, uşaqları yaxşı geyindirməyə çalışırlar, bu,  birbaşa ailənin imici ilə bağlıdır. Ən sonda isə uşağın intellektual səviyyəsinə, dilinə, danışığına, oxumağına diqqət ayırırlar. Bu da uşaqlarımızın gələcəkdə diksiya, aydın danışmağına ciddi təsir edir. Hətta bəzi universitet tələbələri belə, öz fikrini ortaya qoya bilmir, müəyyən komplekslər yaşayır. Amma uşaqlıqdan cizgi filmi izləyən, kitab oxuyan, musiqilər dinləyən uşaqların gələcəkdə yaxşı danışıq qabiliyyəti olur, özlərini yaxşı namayiş etdirirlər”.

 

R.Yusifqızının sözlərinə görə, kitab oxumaq vərdişi uşaqların hamısında yoxdur.

“Mütaliəni sevənlər var, sevməyənlər var, vərdiş hamıda yoxdur. Amma cizgi filmlərinə hər bir uşaq baxır. Əgər uşaq bunlara baxırsa, biz bunlardan istifadə etməliyik. Cizgi filmləri istədiyimiz informasiyanın uşaqlara çatdırmağımız üçün ən mühüm vasitədir. Hesab edirəm ki, Azərbaycan dilində klassik uşaq ədəbiyyatı, dünya uşaq ədəbiyyatı və müasir uşaq ədəbiyyatına diqqət ayırmaq lazımdır. Bunlardan ən vacibi müasir uşaq ədəbiyyatıdır. Çünki müasir uşaq ədəbiyyatında uşaq özünü, dostlarını, yaşadığı mühiti görür. Bu ona daha yaxındır, bunun sayəsində ona daha çox şey vermək olar. Cizgi filmi üçün öyrədici ssenarilər yazmaq da önəmli məsələlərdəndir. Ona görə də yazılan mövzuların hazırkı zamana uyğun olması nəzərə alınmalıdır. Uşaqları kompüterlərdən uzaqlaşdırmaq hazırkı dövrdə doğru deyil. Çünki elə uşaq var ki, kağız kitabı sevmir, onu internetdə maraqlı şəkildə oxuya bilərlər. Uşaqlar müasir texnikanın bütün detallarını öyrənməldirlər, intelleklərini inkişaf etdirməldirlər. Bunun üçün bizə müasir uşaq ədəbiyyatı, keyfiyyətli cizgi filmləri lazımdır. Bu cizgi filmləri dünyada olanlarla müqayisə olunacaq dərəcədə keyfiyyətli olmalıdır”.

 


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məhv edilmiş 8 ailə - “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” - Xocalı DƏHŞƏTİ
22.02.2018, 09:03

Məhv edilmiş 8 ailə - “Onları tapmaq üçün “Qırmızı Xaç”a, 11 dövlətə müraciət etdik” - Xocalı DƏHŞƏTİ

Azərbaycanda axtarışda olan daha 26 nəfər saxlanıldı   
22.02.2018, 09:00

Azərbaycanda axtarışda olan daha 26 nəfər saxlanıldı  

Bu gün Avroliqada 15 oyun olacaq - 1/8 finalçılar bilinəcək   
22.02.2018, 08:47

Bu gün Avroliqada 15 oyun olacaq - 1/8 finalçılar bilinəcək  

Çempionlar Liqasında 1/8 final yekunlaşdı - Bütün NƏTİCƏLƏR   
22.02.2018, 08:44

Çempionlar Liqasında 1/8 final yekunlaşdı - Bütün NƏTİCƏLƏR  

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında...  
22.02.2018, 08:37

Azərbaycanlı deputatlar ATƏT PA-nın qış sessiyasında...  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 
22.02.2018, 08:36

Manat və dolların bugünkü MƏZƏNNƏSİ 

Bu ərazidə kritik humanitar  vəziyyət yaranıb
22.02.2018, 00:57

Bu ərazidə kritik humanitar  vəziyyət yaranıb

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video
22.02.2018, 00:44

Pullar sağlamlıq üçün təhlükə yarada bilər - Video

Goranboyda rəis işçini döydü
22.02.2018, 00:26

Goranboyda rəis işçini döydü

Myanmada partlayış: 2 ölü, 22 yaralı
22.02.2018, 00:14

Myanmada partlayış: 2 ölü, 22 yaralı

Lənkəranda naməlum kişi meyiti tapıldı
21.02.2018, 23:57

Lənkəranda naməlum kişi meyiti tapıldı

Rusiya klubu Avropa Liqasının 1/8 finalında
21.02.2018, 23:45

Rusiya klubu Avropa Liqasının 1/8 finalında

Yeni binaların tikintisi Komitə ilə razılaşdırılmayacaq
21.02.2018, 23:29

Yeni binaların tikintisi Komitə ilə razılaşdırılmayacaq

Azərbaycan nefti ucuzlaşdı
21.02.2018, 23:13

Azərbaycan nefti ucuzlaşdı

500-dək məhkum Novruz bayramını evində keçirə bilər - Video
21.02.2018, 22:58

500-dək məhkum Novruz bayramını evində keçirə bilər - Video

Saakaşvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq
21.02.2018, 22:43

Saakaşvili 2021-ci ilədək Ukraynaya buraxılmayacaq

Rusiyadakı qripin Azərbaycana keçməməsi üçün tədbirlər gücləndirilib
21.02.2018, 22:30

Rusiyadakı qripin Azərbaycana keçməməsi üçün tədbirlər gücləndirilib

Gürcülər Almaniyadan kütləvi deportasiya edilir
21.02.2018, 22:14

Gürcülər Almaniyadan kütləvi deportasiya edilir

Ər arvadını xəstəxanalıq etdi
21.02.2018, 21:55

Ər arvadını xəstəxanalıq etdi

Afrində daha 3 kənd terrorçulardan azad edildi
21.02.2018, 21:41

Afrində daha 3 kənd terrorçulardan azad edildi

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı
21.02.2018, 21:28

Məcburi köçkünün qaçırılan avtomobili su kanalından tapıldı

Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu müəyyənləşdi
21.02.2018, 21:12

Qış Olimpiya Oyunlarının yeni mütləq rekordçusu müəyyənləşdi

Bakıda 200-ə yaxın pandus quraşdırılıb
21.02.2018, 20:59

Bakıda 200-ə yaxın pandus quraşdırılıb

Afrində 1780 terrorçu zərərsizləşdirilib
21.02.2018, 20:44

Afrində 1780 terrorçu zərərsizləşdirilib

Teyyub Qurban vəfat edib
21.02.2018, 20:26

Teyyub Qurban vəfat edib

Efiopiya Azərbaycanda fəxri konsulluq açdı
21.02.2018, 20:15

Efiopiya Azərbaycanda fəxri konsulluq açdı

Qanunsuz ağac kəsimi aşkarlandı
21.02.2018, 20:02

Qanunsuz ağac kəsimi aşkarlandı

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
21.02.2018, 19:51

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

“Google Pay” istifadəyə verildi
21.02.2018, 18:52

“Google Pay” istifadəyə verildi

İraq Rusiyadan S-400 almaq istəyir
21.02.2018, 18:48

İraq Rusiyadan S-400 almaq istəyir

Avtobus dərəyə yuvarlandı - 30 ölü
21.02.2018, 18:41

Avtobus dərəyə yuvarlandı - 30 ölü

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı
21.02.2018, 18:35

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı MƏLUMAT
21.02.2018, 18:27

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı MƏLUMAT

Yol tikintisində fərqlənən şəxslər təltif edildi - SİYAHI
21.02.2018, 18:22

Yol tikintisində fərqlənən şəxslər təltif edildi - SİYAHI

“Azərxalça”ya 2 milyon manat ayrıldı
21.02.2018, 18:14

“Azərxalça”ya 2 milyon manat ayrıldı

ARXİV