Modern.az

Ukraynada 100-dən çox Saakaşvili tərəfdarı saxlanıldı

Ukraynada 100-dən çox Saakaşvili tərəfdarı saxlanıldı

Dünya

10 Sentyabr 2017, 20:03

Ukrayna polisi “Krakoveç” sərhəd-keçid məntəqəsi yaxınlığında 100-dən çox insanı saxladığını açıqlayıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya məhz bu sərhəd keçid məntəqəsindən keçmək niyyətindədir.

 

Polisin yaydığı məlumatda bildirilir ki, 100-dən çox xüsusi formalı şəxs Ukrayna-Polşa sərhədinə doğru hərəkət edərkən polis tərəfindən saxlanılıb. Saxlanılanlar şəxsiyyətləri müəyyənləşdirilir və onların “Krakoveç” sərhəd-keçid məntəqəsinə getməsinin səbəbi aydınlaşdırılır. Eyni zamanda yoxlamalar zamanı saxlanılanların üzərində qaz balonları, həyəcan siqnalı üçün nəzərdə tutulan tapança, metal predmetlər aşkarlanıb. Saxlanılanlar arasında tələbələr və 3 yetkinlik yaşına çatmayan da var. Saxlanılanlara qarşı kütləvi aksiyaların, nümayişlərin keçirilməsi qaydasının pozulması ilə əlaqədar inzibati protokol tərtib olunacağı bildirilib.

 

Qeyd edək ki, M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Bu gün qatarla Polşadan Ukraynaya keçməsinə icazə verilməyən M. Saakaşvili “Krakoveç” sərhəd-keçid məntəqəsindən Ukraynaya keçməyə çalışacağını bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü