Modern.az

Saakaşvili Poroşenkonu devirəcək?

Saakaşvili Poroşenkonu devirəcək?

Dünya

11 Sentyabr 2017, 13:08

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıdışı Kiyevdə geniş əks-sədaya səbəb olub.

 

Modern.az Ukraynaya KİV-nə istinadən xəbər verir ki, bəzi ekspertlər Poroşenkonun Saakaşvili tərəfindən devrilə biləcəyindən yazır.


“Bu situasiya Poroşenkonun devrilməsinə yol aça bilər. Çətin ki, Saakaşvili Ukrayna prezidenti olsun, buna çoxları razı olmaz. Amma bir vasitə, bir güc mexanizmi kimi ondan geniş istifadə olunacaq"–deyə ukraynalı ekspert, “Kiyev Fikir Mərkəzi”nin sədri Aleksey Qavrilyuk deyib.

 

Müasir Dövlətlər İnstitunun rəhbəri Aleksey Martınov isə Poroşenkonun Yuliya Timoşenko tərəfindən əvəzlənəcəyinə inanır.


“Bu hadisələr Vaşinqtondan idarə olunur. Yoxsa Saakaşvili Ukraynaya dönə bilməzdi. İstənilən halda. Timoşenko Poroşenkonu əvəz edəcək real namizəddir.

 

Ekspertlərin fikrincə, Ukrayna hakimiyyətinin Mixail Saakaşviliyə qarşı effektiv mübarizə aparmaq üçün təsir rıçaqları yoxdur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü