21 iyul 2018, Şənbə
Ana Səhifə - TƏHSİL - Azərbaycanda dini təhsil pulsuz olacaq
Azərbaycanda dini təhsil pulsuz olacaq
13.09.2017, 15:02

Azərbaycanda dini təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsi məsələsi bir neçə dəfə gündəmə gəlsə də həll edilməmiş qalıb.

 

Xüsusilə, dini sahəyə meylli gənclərin əksəriyyəti təhsillərini xaricdə davam etdirmək strategiyasına üstünlük verirlər.

 

Təbii ki, hansısa azərbaycanlı gəncin dini təhsil almaq üçün uzaq İslam ölkələrindən birinə üz tutmasının səbəbləri var.

 

Olmazmı ki, Azərbaycanda dini təhsil pulsuz olsun?!

 

Əgər Azərbaycanda dini təhsil almaq mümkündürsə, o zaman pulsuz dini təhsil vermək üçün maneə yaradan səbəblər nədir?

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov Modern.az-a açıqlamasında  dini təhsilin pulsuz olmasının izahının çox sadə olduğunu deyib.

 

“Dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsilin ödənişsiz olması çox önəmlidir. Araşdırmalarımız  göstərir ki, Azərbaycandan kənarda dini təhsilə üz tutanların bir qisminin səbəbi maddiyyatla bağlıdır. Çünki xarici ölkələrin dini təhsil müəssisələrində təhsil alan şəxslər nəinki ödənişsiz təhsil alırlar, hətta onlara aylıq təqaüdlər də təqdim olunur.

 

Hətta bəzi hallarda nikaha daxil olub ailələrini də həmin ölkələrə aparırlar. Azərbaycanda isə dini təhsil ödənişlidir. Dini təhsil vacib məsələ olduğu kimi, həm də strateji sahələrdən biridir. Bu baxımdan da dini təhsil almaq üçün xaricə üz tutanları yerli təhsil müəssisələrinə yönəldə bilməyimiz üçün dini təhsili ödənişsiz etməliyik”.

 

Gündüz İsmayılovun sözlərinə görə, iş bununla bitmir.

 

“Araşdırmalar onu göstərir ki, xaricdə dini təhsil almış gənclər ölkəyə qayıtdıqdan sonra burada dini fəaliyyətlə məşğul olduqları zaman, həmin ölkələrin müəyyən təşkilatları, orada təhsil almış məzunlara təqaüd verməkdə davam edir. Bu baxımdan da dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsil pulsuz olmalıdır. Eyni zamanda yüksək təhsil almış gənclərin bir hissəsinə təyinat verilməli və məvacib  ödənilməlidir. Hazırda, bu məsələ istiqamətində iş gedir.

 

Qafqaz Müsəlmanları İdarəsi və aidiyyatı qurumlarla birgə işimizi davam etdiririk. Dini təhsilin pulsuz olub-olmaması nə Bakı İslam Universitetinin, nə QMİ-nin, nə də Dini Komitənin səviyyəsində həll olunan  məsələdir. Bu, birbaşa dövlətin diqqətində olan məsələdir. Hazırda ölkədə dini təhsilin ödənişsiz olması istiqamətində iş gedir. Bunun bariz nümunəsi prezident İlham Əliyevin tapşırığı ilə yeni dini mədrəsələrin yaradılması və dövlət qeydiyyatına alınması oldu. QMİ və Dini Komitə prezidentin tapşırığına uyğun olaraq dini mədrəsələr yaradıb və onlar ödənişsiz fəaliyyət göstərəcəklər. Eyni zamanda, müəyyən müddətdən sonra ümid edirik ki, Bakı İslam Universitetində də təhsil ödənişsiz olacaq”. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır
21.07.2018, 11:10

Sürücülərə XƏBƏRDARLIQ - təmir işləri aparılır

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR
21.07.2018, 10:50

Rusiya nüvə silahlarının gücünə görə ABŞ-ı ÜSTƏLƏYİR

Cəbhədə şiddətli atışma oldu
21.07.2018, 10:12

Cəbhədə şiddətli atışma oldu

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı
21.07.2018, 09:32

Polisdən ƏMƏLİYYAT: 112 nəfər saxlanıldı

Paytaxtda ağır yol qəzası
21.07.2018, 09:20

Paytaxtda ağır yol qəzası

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi
21.07.2018, 09:12

Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirildi

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi
21.07.2018, 09:02

Azərbaycan çaylarında sululuq səviyyəsi dəyişdi

Dağıstanda 2 polis öldürüldü
21.07.2018, 09:00

Dağıstanda 2 polis öldürüldü

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO
21.07.2018, 00:58

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA
21.07.2018, 00:44

Trampla Putin dünyanı bölüşdürüb: İDDİA

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB
21.07.2018, 00:31

Paytaxtın qaranlıqda qalma səbəbi AÇIQLANDI - YENİLƏNİB

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı
21.07.2018, 00:15

Kater qəzasında  ölənlərin sayı 17 nəfərə çatdı

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC
20.07.2018, 23:57

Nizami və Xətai rayonlarına elektrik verilişi bərpa olunub- "Azərişıq" ASC

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
20.07.2018, 23:46

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Azərbaycan nefti bahalaşıb
20.07.2018, 23:32

Azərbaycan nefti bahalaşıb

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”
20.07.2018, 22:57

Kürdoğlu: “Atamın həyatı təhlükədədir”

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır
20.07.2018, 22:43

Baş nazir ölkədəki korrupsiyanın miqyasından şokdadır

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər
20.07.2018, 22:28

Bu məktəblərin şagirdləri ən yüksək nəticə göstəriblər

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub
20.07.2018, 22:15

Adnan Oktarın İsrailə necə casusluq etdiyi bəlli olub

Suyun çirklənmə səviyyəsi artıb
20.07.2018, 21:59

Suyun çirklənmə səviyyəsi artıb

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı
20.07.2018, 21:45

İsrail təyyarələri HƏMAS obyektlərini bombaladı

Bu rayona 6 ayda 22 min 898 turist gəlib
20.07.2018, 21:31

Bu rayona 6 ayda 22 min 898 turist gəlib

Füzulidə taxıl sahəsi yandı
20.07.2018, 21:16

Füzulidə taxıl sahəsi yandı

İlham Əliyevin Fransaya səfəri başa çatıb
20.07.2018, 21:06

İlham Əliyevin Fransaya səfəri başa çatıb

İranın neft anbarında partlayış: 2 ölü   
20.07.2018, 20:54

İranın neft anbarında partlayış: 2 ölü  

Bakıda intihar edən qızın yeni görüntüləri – Video
20.07.2018, 20:40

Bakıda intihar edən qızın yeni görüntüləri – Video

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov
20.07.2018, 20:27

“Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır” – Əli Həsənov

Su anbarında batan şəxsin meyiti tapıldı
20.07.2018, 20:14

Su anbarında batan şəxsin meyiti tapıldı

Nazir şikayətləri dinlədi
20.07.2018, 20:01

Nazir şikayətləri dinlədi

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

ARXİV