Modern.az

Mərkəzi Bankla bağlı yeni DƏYİŞİKLİK - Prezidentə illik hesabat verəcək  

Mərkəzi Bankla bağlı yeni DƏYİŞİKLİK - Prezidentə illik hesabat verəcək   

Aktual

15 Sentyabr 2017, 13:22

“Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunun 12-1-ci maddəsinə uyğun olaraq illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabat Azərbaycan Prezidentinə təqdim edilməlidir.

 

Həmçinin, qanunun 57-ci maddəsinə (Maliyyə hesabatı)  ediləcək digər dəyişikliklərə əsasən isə Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilməlidir.

 

Mərkəzi Bankın maliyyə hesabatının tərtib edilməsi “Mühasibat uçotu haqqında” Qanunun 12-1-ci maddəsinə uyğun olaraq tənzimlənməlidir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü