Modern.az

Akif Əli özünün Facebook profilini bağladı   

Akif Əli özünün Facebook profilini bağladı    

Media

18 Sentyabr 2017, 17:11

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli özünün Facebook profilini bağlayıb. Modern.az-ın məlumatına görə, A.Əlinin Facebook-dan getməsinə səbəb bir neçə gün öncə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlərdən sonra sosial şəbəkədə təhqirlərə məruz qalması olub.

Qeyd edək ki, Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsinə görə ciddi qınağa tuş gələn Akif Əli sonradan üzr istəsə də, o, sosial şəbəkədə elə öz səfəsində təhqir dolu şərhlərə tuş gəldi.  Bunran sonra Facebook-dakı aktivliyini sonlandıran hökumət sözçüsü ardınca profilini də bağladı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü