Rusiyanın Xabarovsk vilayətində Pauerliftinq üzrə dünya çempionu Andrey Draçevu davam zamanı öldürən Anar Əliyar oğlu Allahverənov polisə könüllü təslim olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o artıq ifadə verməyə başlayıb.
Bundan sonra, Allahverənovun təcridxanaya yerləşdiriləcəyi gözlənilir.
İdmançı Anar Allahverənov avqustun 20-də Xabarovskun “Qalereya” kafesində dava zamanı Andrey Draçevu qətlə yetirmişdi. Günahı sübuta yetirilərsə, azərbaycanlı gənci 20 ilə qədər həbs yaxud ömürlük azadlıqdan məhrum olma cəzası gözləyir.