Modern.az

“Dekorativ bitkilər xalq təbabətində”  kitabı təqdim olundu

“Dekorativ bitkilər xalq təbabətində”  kitabı təqdim olundu

19 Sentyabr 2017, 14:08

Elmi təbabətdə xalq təbabətinə və onun istifadə etdiyi müalicə üsullarına ögey münasibət XX əsrin əvvələrindən başqlayaraq geniş vüsət alıb. Lakin XX  əsin sonlarından və XXI əsrin əvvələrindən başlayaraq dünya miqyasında xalq təbabətinə qarşı münasibət dəyişilmiş, onun əsrlərdən bəri qazandığı empirik nəticələrə böyük maraq yaranıb.

 

Xalq təbabətində istifadə olunan müalicə vasitələri arasında bitkilərlə müalicə xüsusi yer tutur. İnsanlar əsrlər boyu müalicə vasitələrinə müraciət edib və həmişə şəfa tapıblar. Bizim ölkəmizdə xalq təbabətində bitkilərlə müalicənin aparılması ilə əlaqədar lazımi ədəbiyyat vasitələri olduqca azdır. Buna görə də xəstələrin, eləcə də sağlam insanların bu istiqamətlə daha məlumatlı olması üçün yeni, mükəmməl və ensiklopedik xarakterli ədəbiyyatlara böyük ehtiyac var.

 

Modern.az xəbər verir ki, belə bir boşluğun qismən aradan qaldırılmasında Fuad Mahmudovun Elnur Rəhimovun xalq təbabətində  istifadə olunan dekorativ dərman bitkiləri haqqında yazdığı kitab mühüm əhəmiyyətə malikdir.

 

“Dekorativ bitkilər xalq təbabətində” adlı kitabda müəlliflər tərəfindən 90-a yaxın bitki haqqında geniş məlumat verilib.

Kitabda hər bitkinin həm Azərbaycanca, həm də latınca adı, rəngli şəkli, botanik təsviri (həm yerüstü, həm də kök sistemi haqqında informasiya), bitkinin vətəni, hal-hazırda təbii şəkildə yayılma ərazisi, kimyəvi tərkibi, müalicə məqsədi ilə istifadə edilən orqanları (yəni yarpaq, çiçək, kök, meyvə və s), orqanizmə təsiri və tətbiqi, istifadə qaydası və əks təsiri haqqında ətraflı məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü