Modern.az

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Aktual

19 Sentyabr 2017, 19:51

Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gürcüstanda baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş boru və alətlər aşkar ediblər. Hadisə yerinə “BP” şirkətinin mühafizəçiləri də baxış keçirib.

 

Faktla bağlı istintaq aparılır.

 

Qeyd edək ki, Gürcüstanda adıçəkilən neft kəmərindən oğurluğa sonuncu cəhd ötən ilin martında olub və faktla bağlı bir neçə şəxs saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü