Modern.az

Bərzani Makronun xahişini rədd etdi

Bərzani Makronun xahişini rədd etdi

21 Sentyabr 2017, 21:14

Fransa Prezidenti Emmanuel Makronla Şimali İraq Kürd Muxtariyyatinin lideri Məsud Bərzani arasında telefon danışığı olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kürd Muxtariyyətinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, danışıq zamanı Makron Bərzanidən referendumun təxirə salınmasını xahiş edib.

Bərzani də öz növbəsində referendumun vaxtında keçiriləcəyini, dialoq kanallarının açıq saxlanılacağını, referendumdan sonra Ərbillə Bağdadın konstruktiv əlaqələrinin qalacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü