Modern.az

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Aktual

22 Sentyabr 2017, 00:56

Lənkəranda qatarın vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, o, Lənkəran şəhər sakini 1995-ci il təvəllüdlü Tural Rıza oğlu Hüseynlidir. Məlumata görə, T.Hüseynli dəmir yol xəttini keçmək istəyərkən qulaqcıqdan istifadə edib. Hadisə zamanı Astara-Bakı marşrutu üzrə hərəkət edən qatar bir saatdan çox saxlanılıb. Hər iki maşinist müayinədən keçirilib.  Faktla bağlı araşdırma davam etdirilir.

 

22:45

 

Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub.

 

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü