Modern.az

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi

Aktual

22 Sentyabr 2017, 20:46

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu K. Topbaş keçirdiyi mətbuat konfransında  bəyan edib.

K.Topbaş Ədalət və İnkişaf Partiyasında fəaliyyətini davam etdirəcəyini bildirib.

Bələdiyyə sədri bildirib ki, tutduğu postdan istefa versə də, mənsub olduğu partiyanın üzvlüyündə qalır.

Qeyd edək ki, AKP-nin üzvü olan  K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü