Modern.az

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Aktual

23 Sentyabr 2017, 20:04

Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentyabrın 23-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilən icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin, monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

 

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü