Modern.az

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Bakıda qanunsuz "Bələdiyyə avtobusu" ...

Aktual

23 Sentyabr 2017, 23:30

Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, avtobusların trafaretlərinə “Bələdiyyə avtobusu” yazılıb.

 

Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin daşınmasına xidmət edir.

 

Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə sakinlərin öz istəyi ilə xidmət göstərir.

 

Binəqədi qəsəbə bələdiyyəsindən sürücülərin dediklərinin yalan olduğunu söyləyiblər.

 

Bələdiyyədən bildirilib ki, həmin avtobuslar onlara aid deyil və başqa bir şəxsə məxsusdur. O ki qaldı ''bələdiyyə avtobusu'' sözünün yazılmasına, bildiriblər ki, bu, vaxtilə bələdiyyənin öz razılığı ilə olub. Ancaq indi sahibkardan həmin yazıların çıxarılması istənilib.

 

Avtobusların sahibi Şahbaz Yaqubov isə etiraf edib ki, avtobuslar ona məxsusdur.

 

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həmin nəqliyyat vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz fəaliyyətinin qarşısı alınmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü