Modern.az

“AZE Nakhchivan SK” futbol klubu almanlara təqdim edildi

“AZE Nakhchivan SK” futbol klubu almanlara təqdim edildi

Aktual

25 Sentyabr 2017, 09:49

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan “AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri, Türkiyə təşkilatlarının təmsilçiləri iştirak ediblər. Klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verib. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq, yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açıb, bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.


Klubun gələcək planları, komandanın qurulması ilə bağlı strategiyasından danışan klubun sportif müdiri Zafer Özcan onun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd edib, klubun yararlı təkliflər üçün hər zaman xoş niyyətli olduqlarını iştirakçıların diqqətinə çatıdırıb.

Sonda DAA prezidenti Rəşad Quliyev komandanın adının Naxçıvan adlanmasının səbəbləri ilə bağlı mövzuya toxunaraq, buna aydınlıq gətirib. Belə ki, bu bölgənin tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığını, bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən birinin də məhz idman olduğunu qeyd edib. Gələcəkdə “AZE Nahchivan” klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirib.
“Təbii ki, gələcəkdə dəstəyimiz olarsa, klub Avropada səs gətirəcək bir komandaya çevirilə bilər”.

Sonda Naxçıvanla bağlı videorolik göstərilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü