Modern.az

Erməni deputatlar Bakını tərk etdilər  

Erməni deputatlar Bakını tərk etdilər   

Aktual

25 Sentyabr 2017, 10:55

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, Avrones PA-nın Bakıda keçirilən konfransında iştirak edən  Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyanın  Azərbaycana rəsmi səfəri başa çatıb. Onlar artıq Bakını tərk ediblər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmişdilər. Ermənilərin Bakıya gəlişi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamış, Qarabağ Azadlıq Təşkilatı isə buna qarşı etiraz aksiyası keçirmişdi.
Bakıda olduca yaxşı qorunan erməni deputatlar Qız qalası və bir sıra başqa yerləri gəzməyə də fürsət tapdılar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü