22 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - Eks-maliyyə naziri: “Hər manatın dəyəri bilinməli, artıq israfçılığa yol verilməməlidir” - MÜSAHİBƏ
Eks-maliyyə naziri: “Hər manatın dəyəri bilinməli, artıq israfçılığa yol verilməməlidir” - MÜSAHİBƏ
26.09.2017, 12:36

Əvəz Ələkbərov: “Hər bir məmur, Azərbaycan vətəndaşı milli istehsalın artımı üçün öz töhfəsini verməlidir”

“Müəllim peşəsi ən yüksək peşədir, hami müəllim əməyindən bəhrələnir”


Azərbaycan Dövlət İqtisad  Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri  i.e.d., prof. Əvəz Ələkbərov Modern. az saytına müsahibə verib.

- Əvəz müəllim, iqtisadiyyatın bugünkü durumu və gələcək perspektivləri barədə nə deyə bilərsiniz?

- Azərbaycan Dünya İqtisadiyyatı sisteminin tərkib hissəsidir və dünyada baş verən proseslər bizə də təsir etməlidir. Həm də dünyada neftin qiymətinin aşağı düşməsi bizim maliyyə mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan, müstəqil iqtisadiyyatımızın davamlı inkişafı üçün çox böyük işlər görməliyik. Bunları nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyev bir neçə vacib fərman və sərəncamlar imzalayıb. Onların dəqiq icrasından çox şey asılıdır. İlk növbədə bankların vəziyyətin sağlamlaşdırılmalı, real sektora dövlət dəstəyini gücləndirilməli və diqqət mərkəzində olmalıdır. İxrac edilən malların sayı və həcmi artırılmalı, ölkədən çıxarılan valyutanın minimuma endirilməsi vacibdir.Qaldı ki, yaxın gələcəkdə iqtisadiyyatın  inkişafına baxış – bu ilk növbədə Prezidentin tapşırıqlarının yerinə yetirməsindən asılı olacaq. Hər bir məmur, Azərbaycan vətəndaşı milli istehsalın artımı üçün öz töhvəsini verməlidir. Vergi və gömrük orqanlarının işi təkmilləşdirilməli və daim real sektorun inkişafına yönəldilən addımlar atılmalıdır. Ölkəmizdə iqtisadiyyatın gələcək inkişafı, onun diversifikasiya imkanlarından birbaşa asılı olacaq. Bütün bunlar isə öz konkret həllini ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji yol Xəritəsində” tapıb.

- Manatın üçüncü dəfə devalivasiyaya uğrayacağı haqda ehtimallarla bağlı nə deyə bilərsiniz?

- Fikrimcə, çoxlu ehtiyat addımların atılması lazımdır. Bu, birinci sualın cavabında qoyulan məsələlərin həllindən asılıdır. Neftin qiyməti yenə aşağı düşməsi prosesi mürəkkəbləşdirə bilər. Üçüncü devalvasiyanın olacağı barədə indidən proqnoz vermək çox çətindir. Ölkəmizin valyuta ehtiyatları (Mərkəzi Bankın valyuta rezervi 31.08.2017-ci il tarixə 5,1 mlrd.,ABŞ dolları səviyyəsindədir), tədiyyə balansının vəziyyəti və digər makroiqtisadi göstəricilər çevik pul siyasəti yeritməyə imkan verir. Makroiqtisadi dalğalanmalardan sığortalanmaq üçün Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın inkişafını  təmin etmək lazımdır.

- Əvəz müəllim, təhsildə aparılan islahatlar  barədə sizin fikriniz maraqlı olardı?

- Azərbaycan təhsil sistemində böyük işlər gedir. Cəmiyyətin bütün təbəqələrinin  bu prosesdə aktiv iştirak etməsi vacibdir. Avropanın və dünyanın digər qabaqcıl olkələrinin təhsil sistemindəki  yenilikləri bizim respublikamızda tətbiq edilir. Böyük inteqrasiya işləri gedir, bu sahədə şəffaflıq artır. Mənim işlədiyim Azərbaycan Dövlət İqtisad Universitetindədə bu prosesin tərkib hissəsi kimi beynəlxalq konfranslar keçirilir, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom haqqında müqavilələr hazırlanır və tələbə mübadiləsi reallaşdırılır. Təhsilin  idarə olunması müasir tələblərə cavab verir. Universitet həyatında qeyri-hökümət təşkilatları, valideynlər, deputatlar, jurnalistlər daim iştirak edirlər. Əksər müəllimlərin elmi məqalələri xarici jurnallarda çap olunur. Ən yüksək bal toplayan abituriyentlər bizim universitetə qəbul olunurlar. Təssərrüfat hesablı elmi tədqiqat işlərinin yerinə yetirilməsinə üstünlük verilir, universitetlə nazirlik, şirkət və özəl sektorun əlaqəsi daha da gücləndirilir. Praktiki fənnlərin tədris olunması prosesinə üstünlük verilir. Tələbə müəllim münasibətlərinin yaxşılaşdırılması yolları araşdırılır . Dərs vəsaitlərinin yenilənməsi, onların digər qabaqcıl universitetlərlə uyğunlaşmasına baxılır. Respublikamızda ilk dəfə olaraq müəllimələrinin reytinqini və müəyyən edilməsi differensial əmək haqqı sisteminə start verilib və bu ildən-ilə təkmilləşdirilir. Tədris ilinin sonunda  100 ən yaxşı müəllimin əmək haqqı diferrensial surətdə artır. Burada ən maraqlısı ondan ibarətdir ki, tələbələrin fikirləri bu nəticələrə təsir edir. Universitetin imici günü-gündən artır . Xeyli tələbələrimiz digər ölkələrdə təcrübə keçirlər və  öz peşə hazırlıqlarını artırırlar.

- Sizə Prezident tərəfindən “Əməkdar müəllim” fəxri adı verilib. Bunu necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Ona görə ki, böyük olmayan müddət ərzində təhsil sahəsində səmərəli fəaliyyətimə çox yüksək qiymət verib və o, bunu qrup halında yox, şəxsən mənə və mənim ad günümə görə təltif edib. Mən bununla bağlı cənab Prezidentə ürək sözlərimi və minnətdarlığımı rəsmən çatdırmışam. Çalışacağam ki, bu adı mən şərəflə və ulu öndər Heydər Əliyevin bu peşə haqqında dediyi “Mən yer üzündə müəllimdən başqa yüksək ad tanımıram” kəlamını öz həyat məramıma çevirərək daşıyım. Həm də müəllim peşəsi ən yüksək peşədir, hamı müəllim əməyindən bəhrələnir. Respublika Prezidentinin qoyduğu tələblər səviyyəsində təhsilin inkişafında mən də öz payımı əsirgəməyəcəyəm. Hesab edirəm ki, bu da tək fəaliyyətimlə bağlı deyil, həm də universitetin apardığı islahatların nəticələrinə görə verilib.

- Eks-maliyyə naziri kimi dövlət büdcəsinin bu günkü vəziyyəti və problemləri necə qiymətləndirirsiniz?

- Ölkənin baş maliyyə sənədi- dövlət büdcəsi, dövlətin inkişafı və ölkə iqtisadiyyatı üçün olduqca vacib sənəddir və onun həm gəlirlər üzrə, həm də xərclər üzrə formalaşması peşəkarlıq tələb edir. Bu barədə qanunvericilik bazası respublikamızda çox güclüdür və beynəlxalq standartlara cavab verir. Demək olar ki, Beynəlxalq Valyuta Fondunun bütün tövsiyələri bu sənədlərdə öz əksini tapmışdır.  Digər maliyyə qurumları, o cümlədən Dünya Bankıda büdcə zərfi ilə bağlı sənədlərə həmişə müsbət yanaşma əks etdirib. Mənə belə gəlir ki, büdcənin mədaxil hissəsinin formalaşmasında yanaşma daha çox diqqət tələb edir ki,  bu da onun strukturu ilə, vergi və gömrük orqanlarının səmərəli işi ilə bağlıdır. Tədricən Dövlət Neft Fondundan transferin azaldılmasına nail olunmalıdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, neft kapitalının insan kapitalına çevrilməsi prosesi daha da sürətləndirilməlidir.  Bizdə vergi ödəmə mədəniyyəti artmalı, vergi ödəyiciləri qanunlar qarşısında məsuliyyəti bir daha dərk etməlidirlər. Vergi və gömrük orqanları tək büdcəyə daxilolmaların  artırılmasına deyil, həm də vergi və rusum ödəyicilərinə yaxından kömək etməlidir. Bu barədə təbliğat işlərinin artırılmasına böyük ehtiyac var. O ki, qaldı  büdcə xərclərinə mənə elə gəlir ki, hər manatın dəyəri bilinməli, artıq israfçılıqa yol verilməməli, büdcənin planlaşdırılmasına elmi yanaşılmalı, real sektorun artırılmasına və şaxələndirilməsinə,  ixrac potensialının yüksəldilməsinə, əhalinin sosial müdafiə qabiliyyətinin gücləndirilməsinə, müdafiə problemlərinin həllinə ciddi fikir verilməlidir. Büdcə kəsirinin müəyyən edilməsinə və onun inflyasiya yaratmayan  mənbələr hesabına örtülməsinə hərtərəfli çevik yanaşmaq lazımdır. Mənim dostum,  İsveçrənin keçmiş maliyyə naziri Kaspar Viligerin dediyi bir söz yadıma düşür: ”Büdcənin xərclərini formalaşdırmaq və optimal vəziyyətdə onu təqdim etmək büdcə gəlirlərinin formalaşdırılmasından daha çətindir”.
Həqiqətən büdcə iqtisadiyyatın güzgüsüdür. Əgər tibbdə qanın təkcə ümumi analizi orqanizmdə gedən proseslər haqqında dəqiq məlumat verirsə, eləcə də real dövlət büdcəsinin peşəkar təhlili iqtisadiyyatda mövcud proporsiyaları çox dəqiq aşkarlamağa imkan verir. Real vəziyyət aydındırsa, diaqnoz qoymaq da asan olur. Məhz elə buna görə də büdcə siyasəti hər bir ölkənin ümumi iqtisadi siyasətinin məhək daşı hesab olunur. Son illərdə optimal büdcə həcminin formalaşdırılması sahəsində xeyli səmərəli işlər görülmüş və perspektivlər müəyyənləşdirilmişdir. Araşdımalar və elmi təhlil göstərir ki, müasir dövrdə büdcə xərclərinin səmərəliliyinin və nəticəliliyinin təmin olunması olduqca aktual məsələdir.

Dövlət tenderlərinin keçirilməsində  şəffaflığın artırılmasına ehtiyac var.  Bələdiyyə büdcəsinin formalaşması prosesinə daha böyük diqqət lazımdır. Regionların inkişafı baxımından büdcə zərfində yeni araşdırmalara ehtiyac duyuram.

- Hobbiniz nədir? Asudə vaxtlarınızı necə keçirirsiniz?

- Hobbim piyada gəzmək, at sürmək, bilyard oynamaq, Azərbaycan və dünya musiqisinə qulaq asmaq, kitab oxumaq. Əlbətdə vaxt tapıb hökmən nəvələrə diqqət yetirmək, onlarla xoş, gözəl ünsiyyət yatarmaq böyük həvəs doğurur. İmkan olduqda xarici səfərlərə getmək, dünyanın möcüzələrinə baxmaq çox maraqlıdır. Dəni kənarı parkımız Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində olduqca gözəlləşib və böyüyüb. Havalar sərin olanda axşamlar orada gəzməyi də unutmuram. Hərdən dostlarla Azərbaycan yeməklərini dadmağı da sevirəm.

- Gələcək planlarınız barədə nələr söyləyə bilərsiniz?

- Gələcək işlərim barədə onu demək istəyirəm ki, gözəl bir kollektivə rəhbərlik edirəm.  Hal-hazırda kafedramızda 8 elmlər doktoru, 23 fəlsəfə doktoru çalışır və onlar böyük peşəkarlıqla universitetimizə öz töhfələrini verirlər. Üç doktorantın elmi rəhbəriyəm, yaxın 2 ildə onların elmi işlərinin müvəffəqiyyətlə başa çatmasına və müdafiəsinə akademik köməklik göstərəcəm. Təhsil naziri, hörmətli Mikayıl Cabbarovun əmri ilə magistr dissertasiya işinin müdafiəsi üçün İxtisaslaşmış Elmi Şurasının sədriyəm. Ali Attestasiya Komissiyasının sədrinin qərarı ilə D.02.051 saylı dissertasiya Şurasının üzvüyəm. Magistr elmi işlərinə rəhbərlik edirəm, hər il onların da lazımi səviyyədə işlərinin müdafiəsinə çalışacam. Bir neçə kitab üzərində işləyirəm, dünyanın qabaqcıl jurnallarında məqalələr çap etdirmək fikrindəyəm. Dünyanın 2 aparıcı akademiyasının həqiqi üzvüyəm. Gələcəkdə onların sayını artırmaq fikrindəyəm. Türk dilli ölkələrin fəxri mədəniyyət və sülh səfiriyəm. BMT xətti ilə bəzi işlər görürəm və mükafatlarım var. İstəyirəm bu sahədəki  işlərimi də aktivləşdirim. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Nəcəf
26.09.2017, 14:11

Hörmətli Əvəz müəllimə tutduğu milli əhəmiyyətli şərəfli işlərdə uğurlar və möhkəm can sağlığı arzulayırıq

Elnur
27.09.2017, 22:05

Əvəz muəllim szin musahibə maliyyə elminə yeni baxişdir Fəxr edirik

Elnur
28.09.2017, 09:16

Əvəz muəllim muasir maliyyə elmində yeni və aktul bir muzakirə Sizin fikirləriniz illərin təcrubəsindən kecib.Uqurlu olsun

Elnur
28.09.2017, 09:24

Professor, Beynəlxalq Menecment Akademiyasının Akademiki Əvəz Ələkbərov kimi təcrübəli insanların əməyindən ölkəmizin davamlı inkişaf etdirilməsi məqsədilə yararlanmağa hər zaman ehtiyac duyulur. Sizə sağlamlıq və müvəffəqiyyətlər arzulayırıq.

Əminə
28.09.2017, 09:29

Hörmətli Əvəz müəllim Sizə işlərinizdə uğurlar arzulayıram. Adınız daim yüksəklərdən gəlsin.

Sema
28.09.2017, 09:39

"Əməkdar müəllim" fəxri adının layiqlisi, hörmətli professor Əvəz Ələkbərov Sizə can sağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Azər
28.09.2017, 10:33

Əvəz müəllim çox dəyərli insandır Allah qorusun!

Elnur
28.09.2017, 11:00

Əvəz muəllim maliyyə elmində sizin fikirləriniz zamanin sinaqindan uqurla kecmişdir.

Əhmədova Elnarə
28.09.2017, 11:41

Görkəmli Alim və hörmətli İnsan Əvəz müəllim! Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin Sizin gördüyünüz işlərə və müəllimliyinizə əsla dəyər verilə bilməz

İnara Marshalinskaya
29.09.2017, 09:39

Hörmətli insan Əvəz Ələkbərov! Sizə gələcək işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Mədinə Bağırlı
29.09.2017, 09:43

Əvəz müəllim həm də "Professorlar klubu"nun Rəyasət heyətinin Sədri kimi möhtəşəm işlər aparır, daim uğurlar Sizə.

Xosrov
29.09.2017, 09:46

Hörmətli Professorumuzun yeni kitablarının işıq üzü görməsini səbirsizliklə gözləyirik

Fəxrəddin Bağırlı
29.09.2017, 09:57

Hörmətli Əvəz müəllim ! Sizi ölkəmizin iqtisadiyyatının inkişafında xidmətiniz əvəzsidir. Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram.

Kazım Bağırlı
29.09.2017, 10:16

Əvəz müəllim böyük dövlət və ictimai-siyasi xadimdir, ona uğurlar.

Mübariz Bağırov
29.09.2017, 11:56

"Əsrin müqaviləsinə münasibətinizi oxudum. Peşəkarlığınıza inanır və reallığa verdiyiniz düzgün,obyektiv qiymətin öz yerini tutacağına ümid edirəm. Sevinirik ki, ölkənin davamlı inkişfı üçün etibarlı mənbə yaranmışdır.

Nazim Qasımov
12.10.2017, 15:05

Ölkəmizin inkişafında Əvəz müəllimin böyük zəhməti var, xoşbəxtlik və uğurlar arzu edirəm.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir
22.10.2018, 16:59

Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir
22.10.2018, 16:56

Deputat səlahiyyətlərinin itirilməsi qaydası dəyişdirilir

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI
22.10.2018, 16:51

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI

Müəllimin başına silah dayayan şagird həbs olundu
22.10.2018, 16:50

Müəllimin başına silah dayayan şagird həbs olundu

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?”
22.10.2018, 16:44

Nazirlik: “Kim qazancdan imtina edib, pambığı sahədə çürüdər?

Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq   
22.10.2018, 16:34

Səbuhi Məmmədli 3-cü gün əməliyyat olunacaq  

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 
22.10.2018, 16:20

Bakıda 19 nəfəri aldadan bağça müdirinin məhkəməsi başladı 

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi
22.10.2018, 16:12

Bu müəllimlərin maaşı artırılacaq - Rəsmi

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR
22.10.2018, 16:07

Bakıda məhbuslara kitab bağışladılar - FOTOLAR

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi
22.10.2018, 16:02

Kərəm Həsənov qanunsuz tikililərlə bağlı TAPŞIRIQ verdi

Onlara yeni mənzillər veriləcək 
22.10.2018, 15:58

Onlara yeni mənzillər veriləcək 

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV    
22.10.2018, 15:56

Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır - EKSKLÜZİV  

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...
22.10.2018, 15:52

Deputatları cəzalandırma qaydasında YENİLİK - Sözünü kəsmək, iclasdan çıxarmaq, töhmət...

Axşamın HAVASI: Külək əsəcək
22.10.2018, 15:47

Axşamın HAVASI: Külək əsəcək

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi
22.10.2018, 15:43

Elmar Vəliyevin oğlu vəzifəsindən istefa verdi

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”
22.10.2018, 15:36

Abituriyent və bakalavrların nəzərinə: “UNEC-də bir gün”

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı
22.10.2018, 15:30

Piyadanın ölümündə təqsirləndirilən yol polisi əməkdaşı azadlığa çıxdı

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi
22.10.2018, 15:17

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ   
22.10.2018, 15:10

Azərbaycanda ölüm hallarının 5 əsas SƏBƏBİ  

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər
22.10.2018, 15:03

Bakıda körpənin ürəyini dayandırıb əməliyyat etdilər

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR   
22.10.2018, 14:55

Milli Məclisin Daxili Nizamnaməsi DƏYİŞDİRİLİR  

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi
22.10.2018, 14:45

Ermənistan parlamenti seçki məcəlləsinə dəyişikliyi qəbul etmədi

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD
22.10.2018, 14:44

Yol polisi sərxoş sürücüləri cərimələdi - REYD

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı
22.10.2018, 14:43

Eldar Əzizov Ticarət və Xidmət Departamentinin direktorunu işdən çıxardı

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI   
22.10.2018, 14:30

Bu il uşaqlara ən çox verilən adlar - SİYAHI  

Deputat seçiciləri ilə görüşdü
22.10.2018, 14:23

Deputat seçiciləri ilə görüşdü

Azərbaycanda qadın hakim istefa verdi
22.10.2018, 14:22

Azərbaycanda qadın hakim istefa verdi

Noyabrda ardıcıl 3 gün iş olmayacaq
22.10.2018, 14:13

Noyabrda ardıcıl 3 gün iş olmayacaq

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir
22.10.2018, 14:12

Trampın köməkçisini Moskvada gərgin danışıqlar gözləyir

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi   
22.10.2018, 14:06

DTX sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi  

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO
22.10.2018, 13:41

Ombudsmanın nümayəndələri hərbi hissələri yoxladılar- FOTO

Bakıda 16 dilənçi saxlanılıb
22.10.2018, 13:36

Bakıda 16 dilənçi saxlanılıb

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO
22.10.2018, 13:32

İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışını etdi - FOTO

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov
22.10.2018, 13:26

“Bakıdan Naxçıvana qatar reysinin açılması siyasi məsələlərdən asılıdır” - Cavid Qurbanov

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO
22.10.2018, 13:18

Heydər Əliyev Fondunun tikdirdiyi körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi
22.10.2018, 13:15

İmişlidə Bayraq Muzeyi istifadəyə verildi

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu
22.10.2018, 13:06

“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı oldu

Sabah yağış yağacaq – HAVA PROQNOZU
22.10.2018, 12:59

Sabah yağış yağacaq – HAVA PROQNOZU

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat   
22.10.2018, 12:58

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat  

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı
22.10.2018, 12:49

Piyadanı vuran avtobus sürücüsü saxlanıldı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
22.10.2018, 12:43

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi
22.10.2018, 12:37

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bir hissəsi istifadəyə verildi

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib
22.10.2018, 12:27

Prezident Araz çayının yeni qol-kanalının açılışını edib

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü
22.10.2018, 12:16

Türkiyədə fərarilik edən əsgər insanları girov götürdü

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert
22.10.2018, 12:14

“Azərbaycan ABŞ-ın marağındadır, Ermənistan Kremli narahat edir” – Rusiyalı ekspert

Bu günə gözlənilən hava proqnozu
22.10.2018, 12:13

Bu günə gözlənilən hava proqnozu

Prezident İlham Əliyev İmişliyə gedib
22.10.2018, 12:08

Prezident İlham Əliyev İmişliyə gedib

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR
22.10.2018, 12:03

İlham Əliyevin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLAR

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi   
22.10.2018, 11:52

“Türk Dünyası Araşdırmaları” müsabiqəsi elan edildi  

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı
22.10.2018, 11:52

DİN əmisi gəlinini qaçırdığına görə öldürülən şəxs barədə məlumat yaydı

ARXİV