Modern.az

Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etmədi  

Ali Məhkəmə Rauf Mirqədirovun şikayətini təmin etmədi   

Media

3 Oktyabr 2017, 13:54

Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.  

 

Bu barədə Modern.az-a məlumat verən vəkil Fuad Ağayev şikayətin təmin edilmədiyini bildirib.

 

Vəkilin sözlərinə görə, kassasiya şikayətində jurnalistə bəraət verməsi istənilib. 

 

R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Sonradan Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib. R.Mirqədirov məhkəmə zalından azadlığa buraxılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok