23 iyun 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - 15 min insanı güllələyən Vasili Bloxin -“NKVD”nin DƏRİ ƏLCƏKLİ BAŞ CƏLLADI...
15 min insanı güllələyən Vasili Bloxin -“NKVD”nin DƏRİ ƏLCƏKLİ BAŞ CƏLLADI...
03.10.2017, 22:36

O, üzərinə düşən vəzifəni həvəslə icra edib. Hətta bunun üçün xüsusi olaraq özünə dəri papaq, dəri önlük, dəri əlcəklər də hazırlatdırıb. “Lubyanka”dan güllələnmək hökmünə məhkum olunanların qarşısında dayanmaqdan zövq alıb. 15 min nəfərə yaxın insanı şəxsən güllələyib. Stalin hakimiyyəti dövründə güllələnməni icra edənlərin adları və həm də simaları gizli saxlanılıb. Məhz bu görünməyən “cəbhə”nin “qəhrəmanları” məxfilik statusu daşıyıb. Yalnız 90-cı illərin sonlarında onlar haqqında faktlar və məlumatlar cəmiyyətə təqdim olunub.

Bu cəllad sürüsünün başında isə uzun illər general Vasili Bloxin dayanıb.

Modern.az saytı “NKVD”-nin “baş cəlladı” Bloxin haqqında yazını təqdim edir.

Kasıb kəndli ailəsində anadan olan Vasili Bloxin yeniyetməlik yaşından “ÇK”-da (Fövqəladə Komissiya) xidmət etmək arzusunda olub. O əvvəlcə ordu sıralarında qulluq edib və az sonra “ÇK”-nın xüsusi təyinatlı dəstəsinə keçirilib. Bu orqanda Bloxin vəzifə pillələrini sürətlə qalxıb. O artıq 1946-cı ildə “NKVD”-nin inzibati təsərrüfat idarəsinin komendantı vəzifəsinə təyin edilib.

Xidməti ilə yanaşı, Vasili Bloxin mühəndis-arxitektor institutunu bitirib. Daha sonra yüksək ixtisaslı təsərrüfat işçiləri kurslarının dinləyicisi olub. Ancaq general xidməti vəzifələrində heç vaxt nə mühəndisliklə, nə də təsərrüfatla məşğul olmayıb.

Bloxin hələ 1924-cü ildə SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Siyasi idarədə Güllələnmələrin İcra olunması Komandasına rəhbərlik edib. Məhz həmin dövrdə güllələnmələr onun imzası ilə icra olunub.

Arxiv sənədlərinə görə Bloxin xidmət illərində 15 minə yaxın güllələnmə icra edib. Generalın qismətinə öz nazirlərini güllələmək də düşüb. Belə ki, “NKVD”-yə rəhbərlik etmiş Yaqoda və Yejovun güllələnməsini şəxsən Bloxin icra edib.

Araşdırmalara görə elə gün olub ki, Vasili Bloxin sutka ərzində 200 nəfərin həyatına son qoyub. İşinin öhdəsindən “layiqincə” gələn generala dövlət tərəfindən xüsusi nömrəli “Mauzer” hədiyyə edilib. Ancaq Bloxin “Valter” tapançası ilə işləməyə üstünlük verib.

“Müştəriləri” əsasən keçmiş həmkarları olan general amansız olmağı ilə də yadda qalıb. Onunla birgə güllələnmə icrasını edənlərin demək olar ki, əksəriyyəti vaxtından əvvəl ürək və psixoloji xəstəliklər ilə bağlı təqaüdə çıxdıqları halda Bloxin icra işlərini daha da artırıb.

1939-cu ildə Beriya Bloxini keçmiş “NKVD” rəhbərləri ilə yaxınlığını əsas gətirərək onu da ölüm hökmünə məhkum etmək üçün Stalinin qarşısında məsələ qaldırıb. Ancaq Stalin buna qəti etraz edib. Görünür Vasili Bloxinin “məhsuldarlığından” Stalin çox razı imiş.

Stalinin ölümündən sonra Bloxin yaranmış gərgin siyasi vəziyyətdən çox çətinliklə də olsa təqaüdə çıxa bilib. Sudan quru çıxan generalın vəziyyəti əvvəlcə normal olub. Həmin dövr üçün çox yüksək sayılan 3150 rubl təqaüd alıb, general forması daşımağa icazə verilib. Ancaq 1954-cü ildə “NKVD” silkələnməsi zamanı zərbə ona da dəyib. Bloxin general rütbəsindən, təqaüddən və digər güzəştlərdən məhrum edilib.

Həmçinin, generalın bütün orden və medalları da rəsmi olaraq əlindən alınıb. Uzun illər “NKVD”-nin ən “nümunəvi” işçisi nəhayət, əsl adına layiq görülüb – “NKVD-nin baş cəlladı”.

Vasili Bloxin 1955-ci ildə infarktdan ölüb. Ancaq belə bir versiya da var ki, o, “cəlladlığına” görə ona hədiyyə verilmiş “Mauzer” silahı ilə özünü güllələyib. Bəlkə də bu minlərlə insanı güllələyən generalın ən haqlı icrası olub.

Bloxin Don qəbirstanlığında dəfn olunub. Bu da taleyin bir kinayəsidir ki, onun məzarının çox yaxınlığında “NKVD” qurbanlarının xatirə kompleksi və məzarları yerləşir...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda taksi piyadanı vurdu
23.06.2018, 00:59

Bakıda taksi piyadanı vurdu

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR
23.06.2018, 00:44

Ermənilərin Azərbaycan torpaqlarında daha bir qudurğanlığı - FOTOLAR

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi
23.06.2018, 00:24

Bakıda kilsədə dəhşət: Ayzaşlı qıza təcavüz edildi

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı
23.06.2018, 00:12

Bakı-Tbilisi-Qars dəmir yolunda bir ilk də yaşandı

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi
22.06.2018, 23:57

Dünya Çempionatı-2018: İsveçrə Serbiyanı məğlub etdi

Sərkisyanın mühafizə rəisi həbs edildi
22.06.2018, 23:42

Sərkisyanın mühafizə rəisi həbs edildi

Kombayn taxıl sahəsində yandı
22.06.2018, 23:27

Kombayn taxıl sahəsində yandı

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu
22.06.2018, 23:11

36 polisin qətlində təqsirləndirilən terrorçu həbs olundu

Çağırışa gec gələn həkimi döydülər-Video
22.06.2018, 22:56

Çağırışa gec gələn həkimi döydülər-Video

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı
22.06.2018, 22:41

BMT Rusiyanı Dnestryanıdan çıxmağa çağırdı

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb
22.06.2018, 22:29

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi
22.06.2018, 22:13

İşçilər etiraz olaraq prezident sarayının qazını kəsdi

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı
22.06.2018, 21:41

“Proqres” – “Qəbələ” oyununun saatı açıqlandı

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO
22.06.2018, 21:29

Üzünü gizlətmək istəyən dələduz anbaan kameraya düşdü-VİDEO

Muharrem İnce bu şəxsləri həbs edəcək
22.06.2018, 21:16

Muharrem İnce bu şəxsləri həbs edəcək

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO
22.06.2018, 21:02

Dünya Çempionatı-2018: Nigeriya öz qələbəsi ilə Argentinaya yol açdı - VİDEO

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi
22.06.2018, 20:45

Türk şahinləri 24 terrorçunu zərərsizləşdirdi

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb
22.06.2018, 20:31

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22.06.2018, 20:12

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Şirvan sakini qətlə yetirildi
22.06.2018, 20:04

Şirvan sakini qətlə yetirildi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
22.06.2018, 20:00

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dolların sabaha olan məzənnəsi
22.06.2018, 19:55

Dolların sabaha olan məzənnəsi

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı
22.06.2018, 19:51

Dövlət Komitəsinin sədri Gəncədə köçkünlərin müraciətinə baxdı

Əli Həsənov:
22.06.2018, 19:41

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22.06.2018, 19:32

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi
22.06.2018, 19:21

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı müəyyənləşdi

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"   
22.06.2018, 19:09

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"  

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"
22.06.2018, 19:01

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"
22.06.2018, 18:54

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü
22.06.2018, 18:45

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib
22.06.2018, 18:41

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Tülküyə işgəncə verən şəxs 500 manat cərimələnib
22.06.2018, 18:35

Tülküyə işgəncə verən şəxs 500 manat cərimələnib

MDB-nin ən kasıb ölkələri məlum oldu   
22.06.2018, 18:24

MDB-nin ən kasıb ölkələri məlum oldu  

Baş nazir pambıqçılığa dair müşavirə keçirdi 
22.06.2018, 18:18

Baş nazir pambıqçılığa dair müşavirə keçirdi 

“QHT Şurası unikal bir qurumdur”   
22.06.2018, 18:12

“QHT Şurası unikal bir qurumdur”  

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.3%)
Braziliya(23.8%)
Almaniya(10.5%)
İngiltərə(2.77%)
Portuqaliya(12.7%)
İspaniya(5%)
Fransa(4.44%)
Belçika(2.22%)
Seneqal(3.33%)
Rusiya(21.6%)