Modern.az

Azərbaycan tankları və raketləri döyüş vəziyyətinə gətirdi - FOTOLAR

Azərbaycan tankları və raketləri döyüş vəziyyətinə gətirdi - FOTOLAR

Aktual

12 Oktyabr 2017, 17:41

Azərbaycan Silahlı Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən  Modern.az-a məlumat verilib.

 

Döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.

 

Təlimlərdə praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən və atəşin korrektə edilməsi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü