Modern.az

Türkiyə Rusiyadan S-500 raketləri almaq istəyir

Türkiyə Rusiyadan S-500 raketləri almaq istəyir

Dünya

13 Oktyabr 2017, 10:50

Serbiyaya rəsmi səfərdən geri dönən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasında heç bir problemin olmadığını deyib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan gələcəkdə S-500 raketlərini də almaq istədiklərini deyib.

“S-400-lə bağlı problemimiz yoxdur. İlkin mərhələdə ortaq istehsal olmayacaq, ikinci mərhələdə isə bu yöndə addımlar atacayıq. Düşünmürəm ki, cənab Putinlə danışıqları S-400-lə yekunlaşdıracayıq, S-500-lə bağlı da müzakirələr aparacayıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü