Modern.az

I qrup əlillər və hərbçilərlə bağlı sənəd müzakirəyə çıxarılır

I qrup əlillər və hərbçilərlə bağlı sənəd müzakirəyə çıxarılır

14 Oktyabr 2017, 10:39

Birinci qrup əlillərə və hərbi qulluqçulara islah işləri təyin edilməyəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 49-cu maddəsinə yeni bənd (49.4)  əlavə edilir.

 

49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.

 

49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur.

 

49.3. İslah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır.

 

Əlavə olunacaq bənddə isə belə yazılıb:

 

İslah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir.

 

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü