Modern.az

Qırğızıstandakı seçkilərdə  iqtidaryönlü Sooronbay Jeenbekov qalib gəlir - Yenilənib

Qırğızıstandakı seçkilərdə  iqtidaryönlü Sooronbay Jeenbekov qalib gəlir - Yenilənib

Dünya

15 Oktyabr 2017, 23:17

Qırğızıstanda keçirilən prezident seçkilərində iqtidaryönlü Sosial Demokrat Partiyasından namizəd Sooronbay Jeenbekov qalib gəlir. Modern.az xəbər verir ki, Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumtına görə, seçki məntəqələrində səslərin 97 faizi hesablanıb. Səslərin hesablanmasından sonra Jeenbekov 54,23 faiz səslə qalib gəlir. Onun müxalifətdən olan əsas rəqibi Omurbek Babanov səslərin 33,47 faizini toplayıb. Seçicilərin seçkilərdə iştirakı 55,93 faiz təşkil edib. İlkin məlumata görə, Qırğızıstanda seçkilərin ikinci turu olmayacaq.

Ölkə üzrə prezident postuna 11 nəfər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi qanun pozuntusu qeydə alınmayıb.

 

20:04

 

Qırğızıstanda prezident seçkiləri yekunlaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1 milyon 213 min 803 seçici səsvermədə iştirak edib. Seçkilərdə seçici fəallığı 40,12 faiz olub. İlkin nəticələrin seçki məntəqələrinin bağlanmasından sonra 1 saat ərzində açıqlanacağı gözlənilir.

Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir göstərəcək ciddi pozuntular qeydə almayıb.

Qeyd edək ki, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü