18 noyabr 2017, Şənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda ailə dayanıqlığı: problemlər və qlobal çağırışlar
Azərbaycanda ailə dayanıqlığı: problemlər və qlobal çağırışlar
18.10.2017, 13:27

Üzeyir Şəfiyev
Sosiologiya üzrə fəlsəfə doktoru,
BDU-nun “Sosial iş” kafedrasının müdiri
 

Cəmiyyətin sosial inkişaf dinamikası sosial və bioloji cinslərarası münasibətlərdə əsaslı dəyişiklikləri şərtləndirir. Bu isə öz növbəsində sivilizasiyanın ilk əlaməti kimi təcəlla edən monoqam ailənin struktur və məzmununda ciddi təbəddülatların determinantı kimi çıxış edir. Tarixə ekskurs etsək görərik ki, əvvəllər insanlararası qeyri-məhdud cinsi münasibətlər mövcud olmuş və bu münasibətlər atanın həqiqi şəkildə təyin edilməsi imkanını istisna etdiyi üçün mənşəyi yalnız ana xətti ilə müəyyən etməli olurdular. Bu vəziyyət ailədə qadının (ananın) hökmranlığını tam təmin edirdi.

Poliqamik ailə tipinin üstünlük təşkil etdiyi matriarxat cəmiyyət tədricən estafeti monoqam ailə tipini özündə ehtiva edən patriarxal cəmiyyətdə ötürdü. F. Engelsin təbirincə desək, matriarxatın devrilməsi (analıq hüququnun fiaskosu) qadın cinsinin dünyada tarixi əhəmiyyətə malik hüququndan məhrum etdi. Monoqam ailə birmənalı olaraq, kişi hakimiyyətinə əsaslanırdı. Daha dəqiq ifadə etsək, monoqamiya bir cinsin digər cins üzərində əsarətini ifadə edir. Birini digəri üçün mülkiyyət formasına çevirirdi. Ailədə ana hakimiyyətinin süqutu qadınların icmada və cəmiyyətdə hüquqlarını tam itirməsinə gətirib çıxardı. Bu proses o həddə qədər irəlilədi ki, hətta qadını iki inəyə dəyişmək mümkün idi və uzun müddət bu münasibət dəyişmədi. Hətta 585-ci ildə Makedoniya kilsəsi qadınların insan olmaması ilə bağlı məsələni ciddi müzakirə obyektinə çevirmişdi. Monoqamik ailələrdə kişi qadının həyat yoldaşı kimi çıxış etsə də, özünü onun sahibi kimi aparırdı. Nəsildən- nəslə keçən belə münasibətlər getdikcə adət halını alır, bir növ arxetipləşirdi. Bəşər tarixinin bir neçə mərhələsini əhatə edən kişi qadın münasibətlərinin, ailədə əsas struktur vahidlərinin bu münasibətləri fonunda cinsi şüur və stereotiplər formalaşmağa başladı. Əlbəttə, yaranmış reallıqda hansı cinsin özünü daha komfortlu hiss etməsi mübahisə obyekti ola bilməzdi. Ancaq tarixi proses yerində dayanmadığından ailənin struktur vahidlərinin rol dəyişiklikləri də qaçılmaz bir gerçəklikdir. Istər cahangirlik savaşları dönəmi,  istər sənaye inqilabından yaxın dövrlərə qədər ailədə və cəmiyyətdə qadının rolu, funksiyaları, missiyası, kişilərlə müqayisədə ən yaxşı halda kölgədə qalır, kadrarxası görüntülənir, qadın uşaq fabriki (İ. Kant) kimi, kişinin rahatlğının təminatçısı kimi qitmətləndirilirdi.

Sovetlər birliyi dövründə də qadına “nəzakətlə” yanaşılır, o, zəif deyil, zərif məxluq kimi səciyyələnir, bir qədər önə çəkilir. Ancaq yaranmış yeni cəmiyyət də ailədə və cəmiyyətdə patriarxat əsasları sarsıda bilmədi, kişi - qadın nüfuzu sahəsində olan saldonu qadınların xeyrinə dəyişdirmək gücündə olmadı.

Qlobal miqyasda qadınların patriarxatdan xilas olması hərəkatı feminizm, sufrajizm dalğası gender islahatları şəklində təcəlla etməyə başladı. Onların istifadə etdiyi, üstünlük verdiyi əsas addımlar kimi kişi hakimiyyətindən qurtarmaq üçün qadın korporativ klinikalarının, klubların yaranması, qadının kişidən ayrı keçirdiyi vaxt yerlərinin olmasının tələb etməsini, qadınların  qərarqəbuletməyə cəlb olunmasını qeyd etmək olar. Baş verən bu və ya buna bənzər proseslər ailənin məzmun və strukturuna da təsirsiz ötüşmür. Patriarxatın bərqərar olmasından bəri ailə mürəkkəb strukturlu təsisat kimi institutlaşmaqda idi. Daha sonralar, o cümlədən günümüzdə ailənin geniş əhatə dairəsinə malik olan qohumluqdan “ailə izdivacı” adlı kiçik qrup şəklində məhdudlaşdırılması baş verməkdədir. Baba- nən institutunun tədricən sıradan çıxması ailə dayanıqlığının taleyində də fəsadlarla müşayiət olunmaqdadır. Bu ilk növbədə ailədaxili bəzi dəyərlərin sıradan çıxmasında, sosiallaşma prosesində ailənin funksionallığının azalmasında, nikah və boşanma saldosunun ikincinin xeyirinə dəyişməsində daha çox ifadəsini tapmaqdadır.

Cəmiyyətin sosial simasının substantiv şəkildəyişməsi ilə ailə təsisatının mahiyyəti və struktrunda baş verən fərqliliklər arasında qarşılıqlı səbəb-nəticə əlaqələri mövcuddur. Cəmiyyətin əsas nüvəsi sayılan ailə sosiallaşma agenti kimi cəmiyyətə nə qədər təsir edirsə, cəmiyyətdə və qlobal müstəvidə mövcud proseslər  də ailə fəlsəfəsinə müəyyən edici təsir göstərir. Ən ümumi əsaslara görə ailə dayanıqlığına təsir edən amillər kimi ailədə qadının iqtisadi asılılığının azalması və deməli, qadının məşğulluq probleminin aradan götürülməsi, cəmiyyətin fərdin davranışına nəzarətin zəifləməsinə gətirib çıxarmış, geniş insan kütləsinin cəmləşdiyi meqapolislərin yaranması, matriarxata çağırış edən hərəkatların qadınların “maarifləndirilməsi” sahəsində apardıqları açıq və latent təbliğ, təşviq işləri və s. qeyd etmək olar.

Nə qədər təəssüf doğurucu fakt olsa da, belə bir fakt heç kimdə şübhə doğurmur ki, ailə dayanıqlığında qadının məşğulluğu ilə boşanmalar arasında sabit korrelyativ asılılıq mövcuddur. İstər mərkəzdə, istərsə də periferiyalarda qadınların işlizliyi və iqtisadi asılılığı ailədaxili subordinativ konstitusiyanın, ailədaxili nizam-intizamın, ailə dayanıqlığının  xidmətdarı kimi çıxış edir. Hərçənd bu o nəticəyə gəlməyə əsas vermir ki, işləyən  qadınların hamısı üçün ailə dayanıqlığı prioritet deyildir. Ailənin hər iki üzvünün işlədiyi bir-birindən iqtisadi asılılığı olmayan, qarşılıqlı anlaşma şəraitində yaşayan kifayət qədər ailə nümunələri vardır.


Ailə dayanıqlığına təsir edən amillərdən biri də uşaq, övlad faktorudur.  Məsələn, 2015-ci il statistikasına görə Azərbaycanda 12765 boşanma halı qeydə alınıb ki, bunun da 6950-si uşağı olmayan ailələrin payına düşür. Sirr deyil ki, uşaq ailədaxili münasibətlərdə birləşdirici həlqə və bir çox potensial və real boşanmaların qarşısını alır. Təəssüf doğuran hallardan biri budur ki, ailə həyatı obrazına , uşaqların anadan olmasına yönəldilən tələbat azalmaqdadır. Acınacaqlı haldır ki, bu gün istər Avropada, nə qədər təəccüblü olsa da postsovet məkanında, o cümlədən Azərbaycanda ənənəvi ailə obrazına alternativlər özünü göstərməkdədir. Bu gün ABŞ əhalisinin 4-5 %-i konsensual ittifaqda yaşayır. Bunun ən ağır nəticələri cəmiyyətdə ahıl yaşın tənhalığıdır ki, bu da özünü hələ 1989-cu il statistikasına əsasən ABŞ üçün 23 milyon təşkil etməkdə göstərirdi.


Narahatlıq doğuran məqam nikahdan kənar uşaqların sayının artmasıdır. Belə ki, 2015-ci il statistikasına əsasən Azərbaycanda doğulan uşaqların 24038-i qeydəalınmamış nikahada olan qadınlar tərəfindən dünyaya gəlmişdir ki, bunun da 9411-i şəhər (o cümlədən 2974-ü Bakı), 14627-si isə kənd əhalisinin payına düşür. Həyəcan doğuran məqam odur ki, belə bir tendensiya pis örnəklər yaradır, nəsillərarası sosial varisliyin arzuolunmaz davamını şərtləndirir. Çox az hallarda natamam ailələrdən doğulan uşaqların ailə dayanıqlığı mümükün olur. Belə uşaqların gələcəkdə boşanma ehtimalı birgə yaşayan valideyn uşaqlarından 50% artıqdır. Çünki onlar üçün sələflərindən uğursuz nümunə var. Bu hadisələrin birbaşa və dolayı fəsadlarını yenə də cəmiyyət çəkməli olur. Natamamlıq kompleksi ilə “silahlanmış” belə insanların davranışları üçün müəyyən istisnalar çıxmaq şərtilə kin, qərəz, aqressivlik, qibtə və s.-dən doğan deviant və delikvent davranış fəaliyyəti spesifikdir.Təskinlik tapmağa imkan verməyən daha bir tendensiya isə odur ki, evliliyi həyat məqsədi saymayanların sayı və uzun müddət davam edən münasibəti ən azı evlilik qədər mənalı sayanların sayı durmadan artmaqdadır. Əgər nəzərə alsaq ki,  nümunə götürüləsi mədəni-mənəvi coğrafiya Avropadır (burada həmin göstərici  74%-dir) onda problemin narahatlığı kimsədə şübhə doğurmaz.


Təəssüf doğurucudur ki, son illər  Azərbaycanda da boşanmaların dinamikasında nəzərə çarpan artım qeydə alınıb. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4%-ni təşkil edir. Bu bir sıra Avropa ölkələri ilə müqayisədə  kiçik rəqəm olsa da, Azərbaycan kimi ənənəvi cəmiyyətlər üçün qeyri-xarakterikdir. Müqayisə üçün bir sıra ölkələrin statistik mənzərəsi ilə tanış olaq. Məsələn, ABŞ üçün boşanma nisbəti 53%-dir, Rusitada 51%-dir, ateistlərin çoxluq təşkil etdiyi Belçikada 74%-dir, İsveçdə 47%-dir, Ukraynada 42%-dir, Macarstanda 67%-dir və s.


Boşanma hallarının qoşa və analoji müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, onu doğuran səbəblər içərisində etnopsixoloji, dini və mədəni determinantlar az rol oynamır. Hərçənd çoxsaylı sosietal səbəblər içərisində iqtisadi, daha doğrusu məşğulluq amili, habelə insan hüququ və azadlıqlarının qadınlar tərəfindən dərk olunacaq patriarxat asılılıqdan xilas olma hərəkatının fəallaşması nəzərə çarpan saldoya malikdir.


Boşanmalarla mübarizədə işi çətinləşdirən amillərdən biri də problemlə bağlı ictimai qınağın  zəifliyi, ailələrdə nənə-baba institutlarının kənarda qalmasıdır. Ailə daxili münaqişələr qaçıılmazdır. Bəzən belə münaqişələr boşanmalar, kriminalla nəticələnir. Mürəkkəb ailələrdə nənə və babanın müdrik müdaxilələri belə münaqişələri tənzimləyir, cütlüklərə boşanma haqqında düşünməyə imkan vermirdi. Gənc cütlüklər üçün nənə-babanın timsalında dayanıqlı ailə nümunələri var idi. Ailələr nuklearlaşdıqca nəsillərarası bağ, varislik zəifləməyə başladı, gənc cütlüklərin ailələrin taleyilə bağlı qərar verməsində emosiyaların, çılğınlığın diqtəsilə sərbəstlik, məsuliyyətsizlik öz sözünü deməyə başladı. Halbuki nənə-baba institutu nəslin, şəcərənin varisliyini təmin etmək üçün  bu məsuliyyəti həmişə öz üzərində görürdü. El qınağı deyilən bir damokl qılıncını başının üstündə hiss edir və ailə dayanıqlığını qorumaq üçün bütün mümkün həll variantlarını müdrikliklə həyata keçirirdi. Məhz bu səbəbə görə yenə də nisbətən müsəlman Şərq ölkələrində hazırki dövrdə boşanma halları belə institutların tarixə çevrildiyi Avropa, Amerikadan xeyli aşağıdır. Baxmayaraq ki, artıq   patriarxal ailələrin üstün olduğu ölkələrdə də oxşar proseslər start götürməkdədir. Belə ki, uzunömürlü ailələri ilə, ailə, nəsl, şəcərə bağlantılarına ultramühafizəkarlığı ilə seçilən Azərbaycanın nikah və boşanma statistikası ailə dayanıqlığı ilə bağlı həyəcan siqnalı çalmaqdadır. 2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.


Ailə dayanıqlığı ilə bağlı medianın üzərinə ictimai qınağı əks etdirmək baxımından böyük məsuliyyət düşür. Bir sıra hallarda efir məkanını ailə cütlüklərini bir-birinə qarşı qoyan, guya gender bərabərliyini təbliği edən, əslində feminist hərəkat vasitəsilə matriarxata çağrış edən tokşoular, proqramlar zəbt etdiyinin şahidi oluruq. Yaxşı olardı ki, televiziyalar, saytlar, mətbuat uzunömürlü, örnək ailələrlə bağlı proqramlarla işləsin, natamam ailələrlə bağlı problemləri işıqlandırsın, nikahdan kənar və natamam ailələrdə doğulan uşaqlarla bağlı cəmiyyəti təhdid edən risklərdən bəhs etsin, müvafiq ekspertlərin tövsiyələri və sosial layihələri ilə preventiv tədbirləri özündə əks etdirən ciddi addımlar atsın.


Ailələrdə dayanıqlığa təsir edən amillərdən biri də son dövrlər “hesabla” qurulan ailələrin sayının artması, alfonsların uğursuz izdivaclarıdır. Günümüzdə Azərbaycan cəmiyyətinin populyar və ya orta statistik insanlarının nikahlarının müəyyən bir qismi də  təmənnalı məram, karyera, zənginliyə sahib çıxmaq amalı ilə qurulduğundan ürəkaçmayan sonluqlarla yekunlaşır. Çünki belə ailələrdə ailənin nüvəsuini təşkil edən  səmimi münasibətlər, sevgi böhranı yaşandığından  məqsəd boşa çıxdığı halda ailə dayanıqlığı xilas ola bilmir.


Bir sıra ölkələrdə boşanma mexanizmi son dərəcə sadələşdiyindən, iş məhkəmə müstəvisindən kənarda, ictimailəşdirilmədən “ağıllı telefonlar”, internet  vasitəsilə “özün boşan” adlı bir prosedurla gerçəkləşdiyindən boşanma statistikasında  sıçrayışlar diqqəti cəlb edir (bax: Birləşmiş Krallıq Statistikası).


Ailələrdə, nigah idarələrində, məhkəmələrdə psixoloq və sosial işçi institutlarının təşkilinin sürətlənməsi də ailə böhranlarının tənzimlənməsində kifayət qədər ümidverici vasitələrdən biridir. Belə institutlar nəinki baş vermiş böhranın tənzimlənməsi və həlli istiqamətində, eləcə də problem baş vermədən öncə  qabaqlayıcı tədbirlər görülməsi baxımından da mühüm məna kəsb edir. Unutmaq olmaz ki, sağlam insan və cəmiyyətin ilk və alternativsiz sosiallaşma agenti ailədir. Ailələr nə qədər mükəmməl olarsa vətəndaş və cəmiyyət,  dolayısı ilə dünya evi də sabit və sağlam olacaq.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Leyli və Məcnunun qəbri İçəri şəhər ərazisindədir?- Maraqlı iddia
18.11.2017, 01:02

Leyli və Məcnunun qəbri İçəri şəhər ərazisindədir?- Maraqlı iddia

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı
18.11.2017, 00:45

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı

İngiltərədə helikopter qəzasında 4 nəfər öldü - Yenilənib
18.11.2017, 00:31

İngiltərədə helikopter qəzasında 4 nəfər öldü - Yenilənib

Yük maşını minik avtomobilin üzərinə aşdı: 3 yaralı - Yenilənib
18.11.2017, 00:13

Yük maşını minik avtomobilin üzərinə aşdı: 3 yaralı - Yenilənib

Yaponların kütləvi ölüm səbəbi
18.11.2017, 00:00

Yaponların kütləvi ölüm səbəbi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.11.2017, 23:24

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Turistlər üçün təhlükəsiz ölkələr
17.11.2017, 23:10

Turistlər üçün təhlükəsiz ölkələr

Nobel mükafatını xəstəxanada alan bakılı alim – Stalinin əfv etdiyi Landau...
17.11.2017, 22:57

Nobel mükafatını xəstəxanada alan bakılı alim – Stalinin əfv etdiyi Landau...

Gəncədə ər keçmiş xanımını döyərək xəstəxanalıq etdi   
17.11.2017, 22:34

Gəncədə ər keçmiş xanımını döyərək xəstəxanalıq etdi  

Yeni yol sürücülər üçün təhlükə yaradır - Video
17.11.2017, 22:21

Yeni yol sürücülər üçün təhlükə yaradır - Video

Bakıda torpaq altında qalan fəhlə XİLAS EDİLDİ - YENİLƏNİB
17.11.2017, 22:05

Bakıda torpaq altında qalan fəhlə XİLAS EDİLDİ - YENİLƏNİB

"40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdır" - Qurban Qurbanov
17.11.2017, 21:54

"40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdır" - Qurban Qurbanov

“Qarabağ” ölkə çempionatında növbəti qələbəsini qazandı
17.11.2017, 21:24

“Qarabağ” ölkə çempionatında növbəti qələbəsini qazandı

Belçikada Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edildi
17.11.2017, 21:15

Belçikada Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edildi

Türkiyədə  22 universitet əməkdaşı saxlanıldı
17.11.2017, 20:43

Türkiyədə  22 universitet əməkdaşı saxlanıldı

Ukraynada Afaq Məsudun “Azadlıq” romanının təqdimatı oldu - Fotolar
17.11.2017, 20:29

Ukraynada Afaq Məsudun “Azadlıq” romanının təqdimatı oldu - Fotolar

“Premium” və “Super” markalı benzin bahalaşdı - RƏSMİ İZAH
17.11.2017, 20:02

“Premium” və “Super” markalı benzin bahalaşdı - RƏSMİ İZAH

Dünyada ilk dəfə insandan insana baş köçürülüb
17.11.2017, 19:51

Dünyada ilk dəfə insandan insana baş köçürülüb

Bu gecə paytaxtın bu hissəsində işıq olmayacaq
17.11.2017, 18:58

Bu gecə paytaxtın bu hissəsində işıq olmayacaq

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017, 18:44

Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

İlham Əliyev latviyalı həmkarını təbrik etdi
17.11.2017, 18:33

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb
17.11.2017, 18:26

Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

"Bakı Prosesi"nin 10-cu ildönümü qeyd ediləcək
17.11.2017, 18:08

"Bakı Prosesi"nin 10-cu ildönümü qeyd ediləcək

ADU-da “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə oxunub
17.11.2017, 17:46

ADU-da “Rusiyada siyasi antropologiya” mövzusunda mühazirə oxunub

Ağdam, Bərdə və Tərtərdə yenidən zəlzələ oldu   
17.11.2017, 17:45

Ağdam, Bərdə və Tərtərdə yenidən zəlzələ oldu  

“Bakcell” 3 gəncin biznes ideyalarını reallaşdırmaq üçün pul ayırdı
17.11.2017, 17:36

“Bakcell” 3 gəncin biznes ideyalarını reallaşdırmaq üçün pul ayırdı

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
17.11.2017, 17:24

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Fəal vikipediyaçıdan “Milli Dirçəliş Günü”nə töhfə   
17.11.2017, 17:24

Fəal vikipediyaçıdan “Milli Dirçəliş Günü”nə töhfə  

NATO Türkiyədən üzr istədi
17.11.2017, 17:21

NATO Türkiyədən üzr istədi

Jurnalist Zabil Müqabiloğlunun anım günüdür - FOTO   
17.11.2017, 17:10

Jurnalist Zabil Müqabiloğlunun anım günüdür - FOTO  

3 ölkənin səfiri ADU-da olub
17.11.2017, 17:03

3 ölkənin səfiri ADU-da olub

Dövlət Komitəsi teleaparıcı Zaur Kamalın 15 yaşlı qıza elçi getməsini araşdırdı - QALMAQAL   
17.11.2017, 17:01

Dövlət Komitəsi teleaparıcı Zaur Kamalın 15 yaşlı qıza elçi getməsini araşdırdı - QALMAQAL  

525-i hədəfləyən «525»
17.11.2017, 16:52

525-i hədəfləyən «525»

Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanıldı
17.11.2017, 16:51

Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanıldı

Deputat İstanbula gedir
17.11.2017, 16:42

Deputat İstanbula gedir

ARXİV