Modern.az

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

Dünya

20 Oktyabr 2017, 11:56

Serj Sarkisyan 2018-ci ildə yeni konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra baş nazir olacaq.

 

Modern.az Ermənistanın “Jamanak” qəzetinə istinadən yazır ki, Sarkisyanın hazrki baş nazir Karen Karapetyanı baş nazirin 1-ci müavini postuna razı salıb.

 

 

“Sarkisyan açıq şəkildə deyib ki, önəmli qərarlar və Qarabağla bağlı danışıqları baş nazir kimi özü aparacaq. Baş nazirini 1-ci müavini kimi isə Karen Karapetyan yenə hökumət iclaslarını aparacaq və kadr təyinatları gerçəkləşdirəcək”.

 

 

“Jamanak”ın məlumatına görə, Sarkisyan hazırda Ermənistan prezidentinin Yerevanın Baqramyan 26 ünvanındakı iqamətgahında qalacaq və müvəqqəti olaraq evi yeni prezidentlə bölüşəcək.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü