Paris Azərbaycan Evi yaradilmasının 25 illiyini və fəaliyyətinin yenidən bərpasının 5 illiyi qeyd edib.
Modern.az xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. Yubiley gecəsində Azərbaycanın Respublikasının Fransada səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel, Azərbaycanın UNESCO yanındakı səfirı Anar Kərimov, diplomatlarımız, Fransanın siyasi və ictimai xadimləri, azərbaycan diasporasın nümayəndələri iştirak edib.
Paris Azərbaycan Evinin Prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi, Mirvari Fətəliyeva qonaqları salamlayaraq Azərbaycan Evinin yaranmasi tarixindən söhbət açıb.
1992-ci ildə Ramiz Abutalıbov tərəfindən yaradılan təşkilatın əsas məqsədi Azərbaycanı Fransada tanıtmaq, burada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməkdir. O çıxışında Ramiz Abutalıbovun Azərbaycan Evinin fəaliyyətini hər zaman izlədiyini və dəstəkkədiyini qeyd edib.
O, bildirib ki, bundan sonra da “Azərbaycan Evi” öz fəaliyyətini məqsədyönlü şəkildə quraraq, Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələri, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktları Fransa ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında əlindən gələni əsirgəməyəcək.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Paris Azərbaycan Evininin bugünədək əldə etdiyi uğurlarnı alqışlayıb. R. Mustafayev bildirib ki, Paris Azərbaycan Evinin layihələri, habelə Qarabağla bağlı həqiqətləri Fransa ictimaiyyətinə çardırılmasında, Aəzrbaycanın mədəniyyətinin, incəsənətinin Fransada tanıdılması və digər fəaliyyətləri Azərbaycanın Fransada səfirliyi tərəfindən həmişə dəstəkləndiyini və bundan sonra da dəstəklənəcəyini bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti Jan-Fransua Mansel Paris Azərbaycan Evini 25 illiyi münasibətilə təbrik edib və tədbir iştirakçılarına Azərbaycanda qadınlara verilmiş səs hüququnun tarixi, ölüm cəzasının ləğv edilməsi və Azərbaycanın əldə etdiyi digər tarixi nəaliyyətləri barədə məlumat verib.
Tədbir zamanı Azərbaycan Evinin idarə heyəti layihələrin həyata keçirilməsində təşkilata könüllü yardım edən gənclərə təşəkkürnamələr təqdim edib.
Tədbirin bədii hissəsində Vurğun Vəkilov, Səidə Zülfüqarova, Etibar Əsədli, Səddam Novruzbəyov, Sahib Əsədov ve məşhur tenor, Marinskiy teatrının solisti Timur Abdikiyev Azərbaycan klassik musiqisindən ibarət repertuarları ilə çıxış ediblər. Parisdə yaşayan və Azərbaycanı öz əfsanəvi ifaları ilə təmsil edən istedadlı musiqiçilərimiz bu axşam Qara Qarayevin eskiz, Emil Əfrasiyabın ataya məktub, Aqşin Əlizadənin dastan, kohnə oyunlar, Oqtay Zülfüqarovun prelud, Tofiq Quliyevin qaytağı, axşam və digər əsərləri ilə heyran ediblər.
Tədbir milli mətbəximizin ləziz nümunələrindən ibarət şam süfrəsi ilə başa çatıb.
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
Azərbaycan neftinin SON QİYMƏTİ
Tarixi görüş sabah baş tutacaq
Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb
Ahıllar üçün alternativ “Facebook” yaradıldı
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
Olimpiada “çempionları” və 600 bal toplayanları yetişdirən, rekorda imza atan ucqar kənd müəllimi - LAYİHƏ
Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
Çernobıl əlillərinin təqaüdü 181,5 manata çatdırıldı
“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
ABŞ-ın dövlət katibi oldu - Pompeo
Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib
SOCAR-la BP arasında yeni saziş imzalandı
Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
İlham Əliyev Böyük Britaniya Baş naziri ilə görüşdü
Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"
İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
Ölü dənizdə 10 nəfər itkin düşdü
DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı
Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü
Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu
Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı
Manatın sabahkı MƏZƏNNƏSİ
Şərh yaz