Modern.az

Azərbaycan ağır atleti 7-ci oldu

Azərbaycan ağır atleti 7-ci oldu

21 Oktyabr 2017, 23:55

Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı yekunlaşıb. Azərbaycan Ağır Atletika Federasiyasından Modern.az-a verilən məlumata görə, yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) körpücük üzərinə çıxıb.

 

Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak ediblər. Onlardan sonuncu olaraq Azər Məmmədli medal mübarizəsinə qoşulub. O, yaşı 23-ə qədər olan kişilərin +105 kq çəki dərəcəsində çıxış edib. Atlet birdən qaldırma hərəkətində 165 kq-ı ram edib və bu hərəkətdə 8-ci olub.

 

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən və 212 kq-ı başı üzərinə qaldıran Məmmədli bu hərəkətdə 4-cü yeri tutub.

 

Toplam 377 kq (165+212) nəticə göstərən Azər yekun sıralamada 7-ci pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...