Modern.az

Bakıda sərxoş kişi parkomantı sındırdı

Bakıda sərxoş kişi parkomantı sındırdı

Aktual

22 Oktyabr 2017, 10:55

Paytaxtın "Hüseyn Cavid" prospektindəki parkomant aparatlarından biri sındırılıb. Modern.az "Trend" istinadən xəbər verir ki, səhər saatlarında bir kişi parkomanta yaxınlaşaraq yumruq və təpik vurub.

Sərxoş olduğu güman edilən kişi qışqıraraq "Mənə Samaraya bilet lazımdır",-deyə qışqırırmış.

Yerli sakinlərin müraciəti əsasında hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb.

Parkomant aparatı tamamilə yararsız hala düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü