Modern.az

Koalisiya Suriya və İraqda  786 dinc sakini öldürüb

Koalisiya Suriya və İraqda  786 dinc sakini öldürüb

Dünya

26 Oktyabr 2017, 22:28

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabrına qədər Suriyada və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 786 mülki şəxs həlak olub.

 

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir. 

 

Məlumata görə, 519 nəfərin ölüm xəbəri üzrə isə araşdırılma aparılır.

 

Bundan əlavə bildirilir ki, koalisiya qüvvələri bu vaxt ərzində İŞİD-in nəzarəti altında olan ərazilərin 95 faizini azad ediblər.

 

"2016-cı ilin oktyabrından 2017-ci ilin iyuluna qədər Mosul azad edilməsi əməliyyatında 1,2-1,5 min İraq hərbçisi həlak olub, 8 mini isə yaralanıb", - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü