17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Ucqar kənd müəllimi - “Şagirdlərə qələm, konfet verirəm ki, həvəslənsinlər” - LAYİHƏ
Ucqar kənd müəllimi - “Şagirdlərə qələm, konfet verirəm ki, həvəslənsinlər” - LAYİHƏ +
01.11.2017, 08:29

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin coğrafiya müəllimi Ehtiram Safquliyevdir.

Ehtiram Safquliyevmüəllimlərin işə qəbul imtahanında bu il iştirak edərək, adıçəkilən məktəbə təyinat alıb. Kifayət qədər gənc müəllimdir. Müəllim adını bu ilin sentyabrın 15-dən etibarən daşımağa başlayıb. Odur ki, gənc pedaqoqun həyəcanını, peşəsinə və çalışdığı kəndə hədsiz sevgisini hiss etməmək mümkün deyildi:

 

-Çalışdığım kənd – Üçüncü Tala əhalisinə görə çox da böyük kənd deyil. Burada hamı bir-birini tanıyır. Əhali nisbətən dağınıq şəkildə, binələr halında yaşayır. Kənddən baxanda Qafqaz dağ silsiləsi, başıqarlı zirvələr çox gözəl görünür. Ərazisi düzənlikdən ibarətdir, ətrafı yaşıllıqlarla əhatə olunub. Dərs dediyim birmərtəbəli məktəb binası kəndin düz mərkəzində yerləşir. Çoxdan inşa edilən məktəb olsa da, sonradan bir neçə dəfə təmir edilib. Hazırki vəziyyəti qənaətbəxşdir. Bu gün Azərbaycanda siz də bilirsiniz, elə məktəb binaları var ki, qəzalı vəziyyətdədirlər. Məktəbimiz barəsində bunu deyə bilmərəm, onlara baxanda yaxşıdır. Amma köhnə məktəb olması hiss olunur.

Mənə ailəm, başqa dost-tanış Bakıda və başqa böyük şəhərlərdə müəllim işləməyi tövsiyyə etmişdilər. Amma Zaqatalaya bağlı olduğum üçün buranı seçdim.

 

Müsahibin müəllimlik karyerası hələlik çox qısadır. Amma etiraf edək ki, hər bir müəllimin heç zaman unuda bilməyəcəyi bir dönəmi yaşamaqdadır. İllər keçəcək, stajı 20-30 ilə çatacaq müəllim ən yaxın  keçmişdə yaşananları unutsa da, həyatının indiki mərhələsini heç zaman yaddan çıxarmayacaq. İlk dərs günü, müəllimliyin ilk saatları, şagirdlərin ilk dəfə “salam, müəllim” xitabı heç zaman unudulmur. Gənc müəllim də elə həmin ilk gün barəsində danışır:

 


-Əvvəlcə onu deyim ki, məktəbin pedaqoji kollektivi çox mükəmməldi. Məni çox mehriban qarşıladılar; sentyabrın əvvəllərində, hələ dərslər başlamamış yeni təyinat aldığım məktəbə getmişdim. Müəllimlər məni o qədər yaxşı qarşıladılar ki, həyəcanım tamamilə üstümdən götürüldü. Həm də  təklif etdilər ki, yeni və gənc bir müəllim kimi 15 sentyabr Bilik günündə şagirdlərin qarşısında çıxış edim. Razı oldum və  ilk dərs  günündə şagirdlərin qarşısında çıxış etdim. Bu zaman çox həyəcanlı idim. Deməli, müəllimlik deyilən çətin və şərəfli yola ayaq basırdım.. Sonra isə ilk dərsim...

Təcrübəli müəllimlər üçün bəlkə də sıradan, mənim üçün isə heç zaman unudulmayacaq bir dərs... İlk olaraq 6b sinfində dərsə başladıq. Birinci dərs bütün məktəblərdə olduğu kimi, bizdə də Cocuq Mərcanlıya həsr olunmuşdu. Çalışdım ki, bu barədə şagirdlərə ətraflı məlumat verim. Həyəcanlı olsam da, bunu ört-basdır etməyə cəhd göstərdim. Onlar da həm yeni müəllim olduğum, həm məni məktəblərində ilk dəfə gördükləri üçün, həm də yaşım az olduğundan çox diqqət və maraqla qulaq asırdılar. Bəzən, özüm haqqımda da məndən soruşurdular. İlk dərs günündə çalışırdım ki, hər şey müsbət axarla getsin. “İlk gün necə olarsa, sonra da elə davam edər” deyə düşünürdüm. Hələlik, eynilə o cür də davam edir.

Şagirdlərin müəllimə salam verməsi kimlər üçün isə adi ola  bilər. Amma ilk günlərdə bu mənə həm çox qəribə gəlir, həm də hədsiz dərəcədə sevindirirdi. Yanımdan ötən şagirdin “salam, müəllim” deməsini onlardan mənə hədiyyə kimi anlayırdım. Çünki əvvəllər bu ifadəni,  bu salamı heç zaman eşitməmişdim. Demək, biz artıq bu yola başlamışdıq...

Müəllimliyin ilk günlərindəki ən  xoş anlar bunlardı. İndi də o anların enerjisi üzərimdədir. Amma  o dönəmdə mənim üçün ən çətin olan jurnal yazmaq, dəftərxana işlərini görmək idi. Təcrübəli müəllim həmkarlar sağ olsunlar,  çox dəstək oldular, indi artıq buna da öyrəşmişəm.

Uşaq vaxtı hamımıza bu misralı bir şeir əzbərlətdirirdilər: “Dünyada əziz nə var, məktəb yolları kimi?” Burada “yol” həm həqiqi, həm də məcazi mənada işlənib. Rubrikamız bədii deyil, sosial layihə olduğu üçün məcazi yox, həqiqi mənadakı yoldan sual edirik. Üçüncü Tala kəndinin məktəb yolları necədir? Bu yolların aqibəti və uzaqlığı uşaqların davamiyyətinə pis təsir göstərmir ki? Müsahibi dinləyək:

-Üçüncü Tala kəndinin məktəbinə aparan yollar normaldı. Nəqliyyat da yaxşı işləyir. Bu mənada heç bir çətinlik yaşamıram. Heç zaman da dərsə gecikməmişəm.

Məktəbin ucqar kənddə yerləşməsinə baxmayaraq, burada uşaqların da dərsə davamiyyəti çox əladır. Müdiriyyət birbaşa özü davamiyyətə ciddi nəzarət edir. Bu səbəbdən də, davamiyyət göstəricisi təxminən, 100 faizdir. Amma bir məsələni deyim: bayaq da dediyim kimi, Üçüncü Talada insanlar binələrdə yaşayır. Elə binə var ki, o məktəbdən, yəni kəndin mərkəzindən çox uzaqdadır. Bu səbəbdən də bəzi şagirdlərimiz dərsə gəlmək üçün çox uzun məsafəni, hətta 3 km-dən artıq bir yolu qət edirlər. Ola bilsin bu, onların dərsə münasibətinə təsir edir. Amma yenə də məktəbin ümumi davamiyyəti çox yaxşıdır.

 

Kənddə əhali binələr halında yaşayır. Qeyd edək ki, əvvəllər maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında təsərrüfat tikililəri -yataq, tövlə, pəyə, xalxal, banistan və s.-salınırdı. Binədə ailələrin sayı artdıqca, tədricən təsərrüfat tikililəri və yaşayış evləri də inşa edilirdi. Bu tikililər çoxaldıqca, binə daimi yaşayış məskəninə çevrilirdi. Üçüncü Tala da bu cür binələrdən ibarətdir. Maraqlıdır, bu yaşayış yerlərinin məktəbə uzaq olması, ümumiyyətlə, bir başqa sosial çətinliklər şagirdlərin təhsilinə necə təsir göstərir? Binələrdən gələn şagirdlər elə Ehtiram müəllimin coğrafiya fənnini necə oxuyurlar? Cavabı çox maraqlıdır:

-Coğrafiya fənnini tədris edirəm. Daha çox aşağı siniflərdə oxuyan şagirdlər bu fənnə maraq göstərir. Yuxarı siniflər haqqında bunu çox da demək olmaz. Onlar coğrafiyaya bir o qədər də maraq göstərmirlər. Amma yuxarı siniflərdə də coğrafiyanı sevən, predmetlə maraqlanan hətta tənəffüslərdə də hansısa mövzu ilə bağlı yaxınlaşıb soruşanlar olur. Maraq aşağı sniflərdə daha çoxdu. Ola bilsin, bu fənlə yeni-yeni tanış olurlar deyə,  onlara belə maraqlı gəlir. Amma mən də bu marağı görüb daha da həvəslənirəm. Çalışıram ki, onlardakı maraq daha da artsın. Bunun üçün müəyyən üsullardan faydalanıram. Kitabdakı çətin akademik dillə yox, sadə üsullarlar, maraqlı metodlarla mövzunu başa salıram.

-Bu cür ucqar kənddəki şagirlər şəhər məktəbindəki şagirdlərin faydalandığı hansı üstünlüklərdən məhrumdular?

-Bura ucqar kənd məktəbidir. Təbii ki, burada oxuyan şagirdlərlə şəhər məktəblərində oxuyanlar arasında  müəyyən fərqlər var. Məsələn, mən hər sinifdə şagirdlərdən kimin evində kompüterinin, internet imkanının olduğunu, keçirilən mövzu ilə bağlı internetdə axtarış aparıldığını soruşanda, həmişə mənfi cavab alıram. Məlum olur ki, cəmi bir-iki evdə kompüter, internet var.

Amma buradakıların dərsi mənimsəmə, mövzunu qavrama imkanları o qədər də pis deyil. Bir müəllim kimi bundan razıyam və daha da inkişafı üçün müəyyən işlər görürəm.

-Texniki imkanları zəif olan bir yaşayış məskənində dərsə marağı artırmaq üçün nə kimi üsullara əl atırsınız?

-Mövzunu necə mənimsəmələrini bilmək üçün hər sinifdə şagirdləri müəyyən qruplara ayırıram. Heç kim də əvvəlcədən bilmir ki, hansı qrupa düşəcək. Bu, onlara da maraqlı gəlir. Qruplar arasında kiçik yarışmalar edirik. Sonda bir qrup qalib gəlir və mən bəzən, onları buna görə mükafatlandırıram. Müəllimlərin maddi durumu hamıya məlumdur. Mən təbii ki, burada maddi dəyəri yüksək olan hədiyyəni demirəm. (gülür). Qalib qrupa ya qələm, atlas, hətta konfet bağışlayıram ki, həvəslənsinlər. Kənardan baxan adamlar  və müəllimlər üçün bu çox kiçik görünə bilər. Amma bu kiçik hədiyyələrin şagirdlər üçün tamam başqa dəyəri var. Onlar bununla özlərini qalib görməyə, özlərinə inanmağa başlayırlar.

Ehtiram müəllimin hədiyyələri bununla bitməyib. O, məktəb daxilində kiçik fənn yarışması keçirib. Qalib sinifə isə intellektlərinin dəyəri kimi simvolik bir hədiyyə verib. Amma o hədiyyə geri də alına bilər:

-Mən ötənlərdə həm də  kiçik bir viktorina, yarışma təşkil etdim. Coğrafiyaya daha çox maraq göstərən 7a və 7b siniflər arasında bilik yarışması keçirdim. Yeddinci sinifə yeni başladığı üçün onlara altıncı sinifdən suallar hazırlamağı tapşırdım. Özüm də təbii ki, suallar hazırlamışdım. Amma onların özlərinin sual hazırlamağı həm ötənilki kursu  yaxşı mənimsəmələrinə, həm də kitabı əvvəldən axıra təkrarlamağına bir səbəbdir. Direktor, fənn birləşmə rəhbəri də yarışmada iştirak edirdilər. Sininfə proyektr da gətirmişdik. Əvvəlcə Azərbaycanın Dövlət Himnini dinlədik. Daha sonra dövlət rəmzləri haqqında məlumat verdik. Ondan sonra yarışma başladı. Bu, şagirdlərə çox maraqlı idi. Coğrafiyanı bu cür üsulla öyrətmək həqiqətən də də faydalıdır. Bu kiçik yarışma onların bütün ötənilki tədris proqramını əhatə etdi. Özüm də bəzi suallar verdim. Qalib 7b sinifi oldu. Onlara simvolik olaraq Azərbaycan Respublikasının kiçikölçülü bayrağını verdim. Amma dedim ki, gələn yarışmada uduzsanız, bu bayraq, o biri sinifə keçəcək. Beləliklə, aralarında rəqabətin yaranması fənnə də diqqəti artıracaq.


Müsahibin müəllimlik adını daşıdığı heç iki ay deyil. Bu səbəbdən, baş verən hər xırda detal belə, ona maraqlı bir hadisə kimi görünür. Məsələn, ilk günlərdə dərs keçməli olan yeddinci sinif əvəzinə, səhvən altıncı sinifə getməsi, dərs müddətinin -səkkizinci saatın bitməsini bilməyərək, doqquzuncu saatı da dərs keçməsi kimi əhvalatlar da gənc müəllimə çox doğma görünür. Deyir, o gün məktəbin gözətçisi birdən sinifə girib dedi ki, dərslər çoxdan bitib, təkcə siz qalmısız. Bəlkə də, dağ döşündə, saf insanların əhatəsində belə kiçik məqamlar da maraqlı görünür. Amma biz yenə bədiiyyata qapılmayıb məktəbin sosial durumu barəsində soruşuruq. Kənd məktəbinin istilik durumu necədir? Dinləyək:

-Məktəbin istiliklə bağlı həqiqətən də problemi var. İsitmə sistemi yoxdu. Siniflər odun sobaları ilə isinir. Məktəbimizin bəlkə də yeganə problemi elə budur. Çünki başqa məsələlər məncə, yerindədir. Məsələn, informatika fənninin tədrisi üçün kompüter otağı və orada kompüterlər var. Tarix fənni üçün xeyli sayda xəritələr var. Hər dövrə aid, həm bir tarixi ərazinin xəritəsini burada görə bilərsiniz. Oradakı xəritələrin sayı bəlkə, bizim coğrafiya xəritələrimizdə də çoxdu.

Amma coğrafiya üçün də qlobus, xəritə və atlasların sayı normaldır. Əlbəttə ki, bütün uşaqlarda atlasın olması çox yaxşıdır. Lakin mən şagirdi məcbur etmirəm. Bir sinifdə atlas və xəritə çatışmayanda şagird göndərib başqa sinifdən gətirdirəm. Özümdə də müəyyən sayda atlas və xəritələr var ki, onlardan dərs zamanı faydalanıram. Yəni, dərs keçmək üçün lazımı avadanlıqlar var. Bunu başqa fənlərə də aid etmək olar.

 

Ehtiram müəllim son olaraq, gələcəklə bağlı planlardan danışır. Təbii ki, onların içində direktor olmaq istəyi də var. Amma bu onun ən böyük istəyir, arzusu deyil:

- Gələcəklə bağlı ən əsas planım özümü inkişaf etdirməkdir. Tədris etdiyim coğrafiyanı daha dərindən mənimsəmək və şagirdlərə daha yaxşı təyrətmək istəyindəyəm. Bunun üçün də xarici dillərdən birini öyrənmək fikrim var. Çünki xarici dildə materiallar daha çoxdu. Onlardan faydalanmaqla daha səmərəli dərs keçə bilərəm.

Bir də gələcəkdə direktor olmaq istəyirəm (gülür). Amma bilirsiz ki, direktorların işə qəbul imtahanında iştirak etmək üçün minimum beşillik pedaqoji staj lazımdı. Demək, hələ tezdir.

Üçüncü Talanı da hələlik, başqa kəndə, başqa məktəbə dəyişmək fikrim yoxdu. İstəyim buradakı bütün insanların və müəllim kollektivinin sevgisini qazanmaqdı.

P.S. Elə mənim gələcəklə bağlı ən böyük planım bu sevgini qazanmaqdı.

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər
17.10.2018, 19:55

Asiyada ilk dəfə eynicinsli nikahlar leqallaşdırıla bilər

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər
17.10.2018, 19:42

“Qarabağ”ın sabiq qapıçısı “Qalatasaray”a keçə bilər

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı
17.10.2018, 19:29

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında axtarış başladı

Bakıda 50 yaşlı qadın itkin düşdü
17.10.2018, 19:16

Bakıda 50 yaşlı qadın itkin düşdü

Putin Türkiyəyə səfər edəcək
17.10.2018, 19:05

Putin Türkiyəyə səfər edəcək

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb
17.10.2018, 18:54

Almaniyalı nazir Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər
17.10.2018, 18:45

Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanuna dəyişikliklər

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi
17.10.2018, 18:36

Heydər Əliyev Mərkəzində Sadhqurunun müharizəsinə biletlər bitdi

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı
17.10.2018, 18:25

Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırıldı

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı
17.10.2018, 18:18

Şəkidə yol tikintisinə 20 milyon manat ayrıldı

Prezident akademiklərə 2000 manat maaş kəsdi
17.10.2018, 18:07

Prezident akademiklərə 2000 manat maaş kəsdi

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb
17.10.2018, 18:02

Sürüşmə sahəsində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır
17.10.2018, 17:45

Bakı yollarında yeni yağış barmaqlıqları quraşdırılır

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq
17.10.2018, 17:34

Kuşner, Dost və Xədicə Azərbaycanın “qara siyahı”sına salınacaq

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi
17.10.2018, 17:27

Eldar Quliyev beynəlxalq tədbirdə çıxış etdi

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI
17.10.2018, 17:27

Jurnalistlər mükafatlandırıldı - Qaliblərdən biri Modern.az-dır - SİYAHI

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  
17.10.2018, 17:26

Ermənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdı  

Binəqədidə Müstəqillik günü qeyd olundu
17.10.2018, 17:19

Binəqədidə Müstəqillik günü qeyd olundu

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ
17.10.2018, 17:16

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ

Manat və dolların sabahkı məzənnəsi
17.10.2018, 17:11

Manat və dolların sabahkı məzənnəsi

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu     
17.10.2018, 17:07

Jurnalistin ölümündə şübhəli bilinən ərəb konsul qovuldu  

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək
17.10.2018, 17:02

Bakının mərkəzində yolun çökmə səbəbi AÇIQLANDI - Ziyanı tikinti şirkəti ödəyəcək

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı
17.10.2018, 16:40

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 14 faiz artdı

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ   
17.10.2018, 16:30

18 oktyabr qeyri-iş günü olsun! - Müstəqillik günü ilə bağlı TƏKLİF VERİLDİ  

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı
17.10.2018, 16:25

Tələbə kütləvi qırğın TÖRƏTDİ: 18 ölü, 50 yaralı

Bakının mərkəzində yol çökdü - FOTOLAR
17.10.2018, 16:11

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  
17.10.2018, 16:06

Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM  

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  
17.10.2018, 16:00

Vahid büdcə təsnifatdakı dəyişiklik gələn ildən tətbiq olunacaq  

UNEC sorğunun qalibi oldu
17.10.2018, 15:58

UNEC sorğunun qalibi oldu

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub
17.10.2018, 15:42

Bu il 45 minə yaxın şəxs işlə təmin olunub

Əbülfəs Qarayev şikayətləri dinlədi
17.10.2018, 15:37

Əbülfəs Qarayev şikayətləri dinlədi

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu
17.10.2018, 15:28

Milli qəhrəmanla bağlı “Yüksəlişin sirri” filmi təqdim olundu

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər
17.10.2018, 14:56

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU
17.10.2018, 14:44

Saakaşvili iş adamının qətlini sifariş verməkdə İTTİHAM OLUNDU

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  
17.10.2018, 14:29

Üç ildə Azərbaycanda 5 min uzunqulaq yoxa çıxıb  

Krımda partlayış: 10 nəfər öldü
17.10.2018, 14:28

Krımda partlayış: 10 nəfər öldü

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...
17.10.2018, 14:09

Həsənquliyevin Qarabağla bağlı qanun layihəsində nələr var...

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır
17.10.2018, 13:54

Ermənistan polisi Azərbaycanla sərhəddə xidmətdən boyun qaçırır

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO
17.10.2018, 13:45

Azərbaycan raketləri döyüş vəziyyətinə gətirildi - VİDEO

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT
17.10.2018, 13:42

Jurnalisti əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar - TƏFƏRRÜAT

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi
17.10.2018, 13:40

Rektor beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçildi

27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni il ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni il ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   
17.10.2018, 12:49

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Sabah hava necə olacaq? - PROQNOZ   
17.10.2018, 12:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi
17.10.2018, 12:35

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb
17.10.2018, 12:27

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL   
17.10.2018, 12:24

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL  

ARXİV