19 avqust 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - “Toy, meyxana müğənniləri kriminal avtoritetlərlə münasibətdədirlər” - MÜSAHİBƏ
“Toy, meyxana müğənniləri kriminal avtoritetlərlə münasibətdədirlər” - MÜSAHİBƏ
01.11.2017, 08:38

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- İlqar müəllim, təhlükəsizlik üzrə ekspertsiniz. Regionda baş verən ictimai-siyasi proseslər fonunda Azərbaycanın təhlükəsizliyi üçün hansı təhdid olduğunu düşünə bilərik?

- Azərbaycanımız üçün təhdid var, bunun əksini, olmamasını demək məntiqsizlik olar. İctimai, siyasi, hələ üstəlik də dini, iqtisadi və sair proseslərin qarşı-qarşıya gəlib çalxalandığı regionda yerləşirik. Dünyanın ən gərgin regionundayıq. Qərbin Şərqlə, Şimalın Cənubla, islamın xristian, şiəliyin sünniliklə kəsişdiyi və çəkişdiyi yerdir bu məkan. Ətraf region dövlətlərində ziddiyyətlər, çəkişmə və müharibələr, xaos gedir. Bu od-alovun içində təbii ki, Azərbaycanın dövlətçiliyi və ictimai dayanıqlığına, stabilliyinə yönələn təhlükələr yox deyil. Bunu yaradan təhdidlər isə müxtəlifdir. Azərbaycanın varlığını, ərazi bütövlüyünü istəməyən, milli separatizm yaradan və yaxud dini radikal ekstremizmi yayanlar və sair kimi qüvvələr. Ancaq mən düşünürəm ki, bu gün bizim ölkə üçün 1 nömrəli təhlükə dini radikal ekstremizm, fanatizm, terror, təxribat təhlükəsidir.    
    

- Dini təhdidləri hər hansı qruplar və ya radikal təşkilatlar yerlərdəki özəkləri vasitəsilə həyata keçirirlər. Amma Azərbaycanın hüquq-mühafizə orqanlarının təhlükəni qabaqlamaq sayəsində böyük təcrübəsi var. DTX-nın son əməliyyatları da bunun bariz nümunəsidir.

- Doğru sualdır. Necə olur ki, regionda, ətrafda dini ekstremizm, terror, təxribat, məzhəb qarşıdurması  tüğyan edir, Azərbaycan əhalisi də ki, əksərən islam inanclıdır, amma Suriya,  Yəmən, İraq kimi dövlətlərdən fərli olaraq xaosa düşmür, dövlət və ictimai sabitlik saxlanılır? Düşünürəm ki, iki vacib səbəbdən bu belədir. Birincisi, dövlətin dini ekstremizmi ölkə üçün əsas təhlükə hesab edib, diqqətdə saxlamasıdır. Bu yöndə də hüquq-mühafizə orqanlarının sayıqlığı və sərt tədbirləri, xüsusilə DTX kimi xüsusi xidmət orqanlarının bu məsələyə peşəkarcasına yanaşması əsas şərtdir. DTX-nın bu yöndə nəinki son, bundan əvvəlki mütəmadi əməliyyatları nümunəvidir. Bir də Azərbaycan cəmiyyətinin, xalqının islamın ənənəvi rahat, mülayim mahiyyətinin daşıyıcısı olmasıdır.  
 

-  Amma nəticədə Azərbaycan kimi balaca ölkədə radikal-ekstremist özəklər tamamilə aradan qaldırıla bilmir. Bunun səbəbləri nədir?

- Bəli bu da var ki, ölkədəki ekstremizmin kökü kəsilmir. Bunun da konkret səbəbləri var. Birincisi, Azərbaycan regiondakı dini ekstremizm, terror və təxribat mərkəzləri və bu təzahürləri siyasi məqsədlər üçün istifadə edən bəzi dövlətlər üçün hədəf əhəmiyyətini itirmir. Azərbaycana bu məqsədləri həyata keçirmək üçün xammal ölkə kimi baxırlar. Bu istiqamətdə arası kəsilmədən ölkəyə müdaxilələr güclənir. Yerlərdə yeni-yeni ekstremist təbliğatı, təşkilat özəkləri, əməliyyat qrupları yaradılır. İkinci vacib mənfi səbəb bizim bəzi dövlət qurumlarında və cəmiyyətimizdədir. Açıq deyim, son illər bizdə dini radikallıq sanki bir normaya çevrilir - söyüşlü, hikkəli, qalmaqallı, ədəbsiz acıqlı islam. Halbuki, dini ekstremizmin, fanatizmin, terror və təxribat ifratının kökü radikalizmdən başlayır. Biz başa düşmürük ki, hüseynçilik kimi ideya ilə izdiham, yürüş, mitinq təşkil edib, “Azərbaycan yalnız hüseynçilər diyarıdır” deyən, Yezidi, oradan sünniləri, oradan da qalan qeyri-dindar əhalini Yezid, kafir adı ilə lənətləyib qanlı düşmən elan etmək artıq, radikallıq deməkdir. Dinc əhali qarşısında əzadarlıq edib zəncir vurub baş yaran və bunu da şəkil-video, hətta canlı yayım formasında yayan radikaldır.

- Niyə?

- Çünki öz başını, gözünü yarma, xəsarət yetirmə özü aqressiyadır. Özünə qarşı bunu edən kəs başqasına qarşı rahat edər. Digər tərəfdən, sosial şəbəkələrdə, ictimaiyyət qarşısında vəhhabilik və hətta, İŞİD, Əl-Qaidə terror təşkilatlarılna qahmar çıxan sünni yönlülər. Onlar bunu rahat, arxayın edirlər. Nə dövlət, nə qanun, nə cəmiyyət  və ictimai qınaq bunun qarşısını alır. Bunlar isə istər-istəməz ekstremizm ocaqları üçün mənbə yaradır. Yüz minlərlə radikal hüseynçi ya vəhhabilər içində təbii ki, ekstremist ifratına keçənlər olacaq. Çünki yenə deyirəm ekstremizm, terrorizm radikallıqdan başlayır, kökü budur. Biz konkret qanunlar tətbiq edərək radikallığı qadağan etməliyik. Fransada adicə, uydurma erməni soyqırımını tanımayan cinayət məsuliyyətinə cəlb olunur. Bizim cəmiyyətdə niyə təmiz, dürüst, sakit ənənəvi dindarları üstələyib, qorxudub kölgədə qoyan aqressiv dini radikalizmə inkan verilsin? Hələ bu radikallarla həmrəylik nümayişi üçün yığışıb qan da verirlər. Hələ bu radikalları gətirib demokratik adlanan siyasi müxalifətin yuxarı başına keçirirlər. Nə qədər, bu vəziyyət var, DTX və digər orqanların bütün səy və zəhmətləri ölkədəki ekstremizm təzahürlərini aradan qaldırmağa yetməyəcək. Çünki biz nəticə ilə mübarizə aparırıq, nəticəni yaradan səbəblərlə yox.        
        

- İlqar müəllim, tez-tez eşidirik ki, Azərbaycanda radikal dini təşkilatlarla yanaşı, xaricdən, Avropadan maliyyələşən qruplar, məsələn müxalif təşkilatlar da təhlükəlidir. Onları həqiqətənmi ictimai təhlükə törədən kateqoriyaya aid edə bilərik?

- Ekstremizm, yəni bir ideologiyanın ifrat, aqressiv forması dində olduğu kimi, siyasətdə də var. Elə siyasi xətt, partiya, hərəkat var ki, öz hakimiyyət opponentinə qarşı proqramında yazılmış qanuni, sivil metodlarla mübarizə aparır. Elə partiya var ki əksinə, buna gücü, bacarığı yetmir və aqressiv pozucu üsulları seçir. Bəzən də bir sivil müxalifət partiyasının içində müəyyən fərqli radikal funksionerlər və qruplar olur ki, öz qanunsuz hərəkət davranışları ilə partiyanı da yanlış vəziyyətdə qoyur. Ölkədə ictimai pozuculuq, qeyri-sabitlik yaradır, hakimiyyəti də qeyri-qanuni zor gücünə əldə etmək yoluna üstünlük verir. Təbii ki, bu da son nəticədə ölkənin silkələnməsinə, dövlətin təhlükəsizliyinə gətirib çıxaran haldır. Yaxın tarixdə iğtişaşlar, ictimai təlatümlər, itaətsizliklər hesabına yaranan dövlətin əsaslarının silkələnməsi halları az olmayıb. Elə Surət Hüseynovun Gəncə qiyamını, ona dözüm göstərib bu şəraitin, imkanın yaradılmasını, mərkəzi hakimiyyəti saymayıb ölkəni dağılma həddinə çatdırmasını götürək.     

- Azərbaycanda dini sektalar təkcə islam təmayüllü deyil. Bir zamanlar Azərbaycanda missionerlik də geniş yayılmışdı. Onlar indi necə, təhlükə hesab oluna bilərmi?

 

- Adətən eyni bir məkanda oxşar təzahürlərdən birisi kəskin güclənəndə digərləri geri çəkilir. Bu səbəbdən düşünürəm ki, dini sektalar o qədər də izafi gözə görünmür. Sizin suala gəlincə, deyə bilərəm ki, bu, xüsusi təhlükə mənbəyi deyil.

-Dindən söz düşmüşkən, dinə münasibətiniz də bildiyimiz qədəri ilə o qədər də xoş deyil. Bunun səbəbləri nədir?

- Mənim bütün dinlərə və ata-babamın ibadət etdiyi islam dininə, bu dinə ibadət edən əsl, dürüst, insanlıq, ruhanilik mahiyyəti daşıyan inanclılarımıza böyük hörmətim var. Yaxın, doğmalarımız, hətta övladlarım içində də namaz qılan inanclılar var, az deyil. Mənim işim islam dini və Allah adından danışan yalançı qaragüruh dindar adlananlarladır. Dini özünün ya da qulluğunda durduğu xarici və daxili mərkəzlərin, təşkilatların, dövlətlərin siyasi və qərəzli alətinə çevirmiş oyunbazlarladır. Bir də, xüsusən dövlətçiliyə, xalqın birliyinə, dini bölücülüyə yönəli siyasi radikal ekstremizmlədir ki, bu təzahürlərin ölkədə mütləq kökü kəsilməlidir.     

 

- İlahiyyatçıların danışıqları xoşunuza gəlmir?

 

- Mənə elə gəlir ki, zaman dəyişdikcə, regionda və ölkədə dini radikallıq artdıqca, bizim ilahiyyatçıların da fikirlərinin radikallığı artır. Və xüsusilə, sovetlər dönəminə nisbətdə xaricdən fundamental konservativ islam ölkəyə axın etdikcə, onların fikirlərində xurafatçılııq də çoxalır. Əvvəllər biz Ziya Bünyadov, Vasim Məmmədəliyev, Heydər Camal kimi real düşüncəli intellektli din tədqiqatçılarını eşidirdik. İndi cavanlar var ki, gedirlər hansısa geri qalmış, xurafat bürümüş ölkədə mədrəsə, ali dini məktəb oxuyub gəlirlər. Eynilə həmin ölkənin dini durumunu buraya daşımaq istəyirlər. Anlamırlar ki, bura Konstitusiya üzrə dünyəvi dövlətdir, xalq da islam dinini özünə, öz həyat və fəaliyyətinə hakim etməyib, ona yalnız hörmət və ehtiram münasibətindədir.     

- İlqar müəllim, ölkədə hüququn vəziyyəti necədir sizcə?

 

- Azərbaycanın hüquq, qanunlar sistemi bazası müəyyən təkmilə ehtiyaclı boşluqları çıxsaq, düşünürəm ki, kifayət qədər mükəmməldir. Mükəmməl olmayan hüquqa hörmətin və bir də ki, qanunların icrası, qanuna əməl olunmaması problemdir. Həm məmur, həm sıravi cəmiyyət səviyyəsində. Bunun da məncə iki səbəbi var. Birincisi, hökumət məkanındakı məmur sistemi öz fəaliyyətndə qanunları və onlardan doğan təsisatları əsas tutmur. Öz işində, iş otağında özünü dövlətdə yox, öz şəxsi şirkətində hiss edir. Qalan camaat, sıravi insanlar da bunu çox yaxşı hiss edib fürsət düşən hər yerdə qanunun böyründən ötür. Düşünməliyik, necə edək ki, ölkədə hüquqa, qanunlara hörmət ən yüksək səviyyədə təşəkkül tapsın.   

- Bəs Azərbaycanın hüquq sistemində konkret nələr çatışmır?

 

- Məncə birinci, məhkəmələrin tam müstəqilliyini təmin edə biləcək normalar, qanunlar sistemi yaranmalıdır. Dövlət orqanları da, cəmiyyətdə, hamı məhkəmələri ən ali ədalət mənbəyi kimi görsün. Ölkədə zənnimcə bütün güc strukturlarını götürsək, operativ-əməliyyat sistemi kifayət dərəcədə effektli çalışır. Həm ictimai sabitliyin, həm dövlət təhlükəsizliyi qorunması yönündə. Lakin bir məsələ var ki, elmi dərəcəli hüquqşünas kimi öz fikirimi deməyə bilmərəm.

- Buyurun...

- Mən hesab edirəm ki, gömrük, vergi, sərhəd qoşunları və s. kimi qurumlarda istintaq şöbələrinin olması ölkə istintaqının müəyyən mənada səpələnməsi, mərkəzdənqaçma və keyfiyyətinin bir qədər düşə bilməsinə səbəb olur. Əvvəllər bu qurumlarda ilkin təhqiqat strukturları fəaliyyət göstərirdi və kifayətedici idi.

Qonşu Rusiyada ayrıca güclü İstintaq Komitəsi fəaliyyət göstərir və çox da yüksək keyfiyyətlə. İstintaq hüquq-mühafizə sisteminin mən deyərdim, ali beyin, intellekt mərkəzidir, onun bu dərəcədə bölüşdürülüb yayımlanıb paylanması ola bilsin bir tərəfdən sərfəlidir. Lakin, ümumilikdə ölçüb-biçəndə isə, ölkə hüquq-mühafizə sisteminə ziyanlıdır.  

- Belə bir sual. Məsələn, hansısa sıravi vətəndaş kiminsə toyuğunu oğurlayanda ona cəza kəsilir, azadlıqdan məhrum etməyə qədər gedib çıxır. Bəs necə olur ki, bu qədər cinayətdə ittiham olunan oğrular ya tutulandan bir az müddət sonra azadlığa çıxır, ya da bir neçə il “yatandan” sonra cəzasının çəkilməmiş hissəsindən azad olur. Bunun gözəgörünməyən mexanizmi nədir?

- Eyni hüquq pozuntusu, cinayət əməlinə görə müxtəlif cür cəzalar və onların icrasının  bir səbəbi təbii ki, ədalətsilikdir. Hüquq-mühafizə sistemindəki qanunsuzluq, rüşvət, korrupsiyadır. Digər səbəb isə, təqsirləndirilənin, ittiham olunanın necə özünü müdafiə edə bilməsidir. Hətta ən ədalətli hüquq sisteminə malik Almaniya və sair Avropa ölkələrində belə, bu kimi fərqli cəza və onların tətbiqi fərqləri var. Niyə? Özünü müdafiədən, vəkilin fəaliyyətindən gedir söhbət. Hər kəs özünü müfdafiə etmədən ədalətli istintaq və ya məhkəmə qərarına, ya da həbsdəki eyni cəzaçəkmə bərabərliyinə avtomatik malik olsa idi, onda bu qədər ad-san qazanmış, vacib vəkillik institutu nəyə lazım idi? Bizdəki, bu siz deyən problemin əsası vəkillik sistemində və bir də əhalinin hüquqi savadsızlığı, maarifsizliyindədir.       

- Həm də kriminalistsiniz. Zəhmət olmasa, qarşılaşdığınız maraqlı və çətin situasiyalarla bağlı xatirələrinizi danışasınız.  

-  Kriminalistika sahəsinə gəlməyim düşüncə, araşdırma, analiz, təhlil kimi uşaqlıqdan yaranan xüsusiyyətlə bağlı olub yəqin ki. Həmişə düşünürdüm: “Bu iş, bu hadisə niyə belə oldu, bunun bir səbəbi olmalıdır axı”. Yəni rasional materialist xüsusiyyətli praktik insan olaraq nəyinsə yoxdan yox, nədənsə yaranmasını düşünmüşəm. İlk gözümü açandan güclü real iradəli olub, peyda olma, cin, şeytan kimi nağıl, fantaziyaları qəbul etməmişəm. Bu da məni Tibb İnsitutunda məhkəmə-tibb ekspertizası kimi real səbəb axtarma sənətinə apardı. İnstitutu Bakıda başlayıb Moskvada bitirdim. Sonra gördüm, mənim sağlamlıq və şəxsiyyət əleyhinə cinayətlərin araşdırılması işimdə tibbi və tibbi ekspertizanı bilmək o keyfiyyəti vermir, hüquqi bilgi çatışmazlığı haradasa axsadır bu işi. 2-ci ali təhsil kimi Hüquq fakültəsini bitirəndən sonra dedim aspirantura da oxuyum, kriminalistika üzrə müdafiə edib, bu sahəni tam elmi əsaslarda təmsil edim. Beləcə postsovet məkanında ilk nəfər oldum ki, tibbi bitirib hüquq elmləri namizədi adı aldım. Bəlkə indi Rusiyada haradasa sonradan ola, amma Azərbaycanda bir nəfər də yoxdur bu cür şəxs. Təsəvvür edin ki, xüsusilə ağır, mürəkkəb cinayət işlərində, hadisə yerində məhkəmə-tibb eksperti, kriminalistka və istintaq kimi 3 sahəsini bilən mütəxəssis kimi iştirak edirdim.

- Azərbaycana nədən qayıtdınız?

- Nəsə, sovet dönəminin sonu idi, Moskvada dayım oğlu ilə birlikdə idik. O da akademiya bitirmişdi podpolkovnik rütbəsində idi.  Berlinə oxuyub, işləməyə dəvət aldıq ikimiz də. Elə oldu ki, o getdi Berlinə. İndi də orada yaşayır işləyir.  

Mən isə Azərbaycana döndüm, çünki anam ağır xəstə idi.

Məni əvvəl Xankəndinə göndərdilər, oradan vilayət rəhbərliyi 3 saatın içində Bakı göndərişimi də qaytarıb imtina ilə geri göndərdilər . Dedilər ki, burada  azərbaycanlı bu işdə ola bilməz. Sonra Gədəbəy, Şəmkir, Gəncə, Bakıda çalışdım. Dəfələrlə yenidən Moskvaya işə, təhsillərim və bilgilərim üzrə yüksək perspektivli mövqelərə qayıtmağı təklif etdilər. Nəsə qaldım.     

- Mürəkkəb düyünləri, işləri necə açmağa müvəffəq olurdunuz?

- Yaxşı kriminalistin, müstəntiqin gərək hansısa qaranlıq hadisəyə gün işığı səpə biləcək yaxşı da fantaziyası və reallıq düşüncəsi olsun. Fantaziya və reallığı uzlaşdıra bilmək vacibdir. Ümumiyyətlə həyatda istənilən baş vermiş hadisə 3 dövrün birliyidir. Hadisədən əvvəlki ərəfə, hadisə zamanı və hadisədən sonrakı dövr. Cinayət hadisəsi də belədir. Cinayətin üstü bu 3 dövrdən birisində açılır. Hadisədən öncə, yəni hadisə baş verməmiş qabaqlayıcı tədbirlərlə bunun üstünü əsasən əməliyyatçılar, xüsusi xidmət orqanı açır. Onların necə deyərlər, olacağı duyma, eşitmə, görmə imkanları və ixtisası genişdir. Necə ki, yaxında DTX müxalifət mitinqində partlayış planlayanları qabaqlayıb zərəsizləşdirdi.

Hadisə baş verən zaman cinayətin açılması adətən DİN, polisin işi olur. Çünki, hadisə zamanı xəbər tutulursa, təcili polisə xəbər verilir və cinayətkarlara yerindəcə güc tətbiq edib zərəsizləşdirməkdə polis orqanının gücü lazım olur. Hadisə baş verir və sonra xəbər tutulursa, bunu açmağın yükü artıq istintaqın üzərinə düşür. Və adətən hadisələrin 75-80 faizdən çoxu sonradan məlum olur. Çünki cinayət törədənin əsas işi də elə cinayəti gizli törədib aradan çıxmaqdır. Və cinayət hadisəsi törənəndən sonrakı araşdırma təbii ki, çətindir, qaranlıq otaqda qara pişik axtarmaq qədərdir. Kim ya kimlər, niyə, necə, hansı vasitələrlə və şəraitdə törətdi bunu - bunlar hamısı tapmacadır. Ev yanıb içində adam yanıb qurtarıb. Bizim, ekspert-kriminalistlərin işidir ki, adamın külü-kömürünə baxıb deyək ki, bu adam yanıb sonra ölüb, ya ölüb sonra yanıb? Yəni istintaqı, prokurorluğu əsas maraqlandıran məsələ budur ki, öldürüb sonra yandırmayıblar ki?        

- Sizcə Azərbaycanda özəl dedektiv xidmətlərinin yaradılmasına ehtiyac varmı?

- Düşünürəm ki, özəl müstəqil eksertizaların olmasına ehtiyac var. Bu barədə mətbuatda neçə il qabaq elmi əsaslı məqaləm də olub. Amma dedektiv məsləsi bir qədər çətindir. Birincisi bunun üçün ölkədəki qanunlar və hüquq-mühafizə sistemi gərək yüksək təkmil vəziyyətində olsun. Ki, müstəqil dedektiv istintaq və əməliyyatın işini korlamasın, istintaq-əməliyyat da dedektivi vurub əzməsin. Və aradakı konkret hüdudlar müəyyən olunsun, konkret qanunlar və digər sənədlərlə. 
  

-İlqar müəllim, detektiv ədəbiyyatı Azərbaycanda da inkişaf etməkdədir. Hansı əsərləri xoşlayırsınız?

 

- Əsasən klassik tarixi dedektivləri dəyərləndirirəm. Daha təbii və ecazkar, sirli görsənir onlar. Çarlz Feliksin “Notting Hillin sirri” romanı təbii təsir bağışlayır, ilk detektiv janr hesab olunur. Edqar Allanın “Morq küçəsində qətl”, Dostoyevskinin “Cinayət və cəza” romanları da maraq kəsb edir. Həmyerlimiz Çingiz Abdullayevin janrı siyasi dedektiv xarakterli olması ilə fərqlidir.

- Sizin də arada bir tədqiqat səfərləriniz ətrafında maraqlı yazılarınız çıxır. Siz necə, təcrübə və yazı imkanlarınızdan yararlanmaq istəmirsinizmi?

- Mənim özümün də iş təcrübəmdə mövzu üçün canlı hadisələr çoxdur, bir tərəfdən də bu neçə illərdə ictimai-siyasi həyat da yaza bilməyimə gətirdi. Yəqin ki, az vaxtdan sonra, şəraitin imkan verdiyi qədər mən də yazmağa başlayaram. Amma reallıq, həqiqət, təbiilik sevən insan kimi olmuş əhvalatları canlandırmaq üzərində işləyərəm yəqin ki.

- Dedektiv əsərləri oxuyanda əsərin ortasında qatilin kim olmasını müəyyən edə bilmisiniz?

- Bilirsinimi sənət nədir? İstənilən bir işi dəfələrlə, zaman-zaman etmək və bunun özünəməxsus incəliklərinə, vərdişlərinə yiyələnmək. Lap süpürgəçi ol, onu da bacarıq, vərdişlə etmək bir sənətdir. İndi, illərlə, dəfələrlə hadisələri təhlil, analiz edib nəticəyə gəlmək, hətta mümkünsüz qaranlıqda işıq ucu tapıb aydınlıq gətirmək təbii ki, bir çətin sənətdir. Bunun da üstünə insanın, yəni mənim yaranışdan verilmiş təbii müşahidə analiz imkanımı gələndə xeyli nəsə alınır. Bu imkan hazırkı ictimai-siyasi həyatımda da çox rol oynayır. Bir prezident başqa ölkəyə səfər edir. Başqaları  səfər və hətta səfərdən sonra başa düşür ki, nə imiş səbəb ya məqsəd, məndə o saat beyin işləyir: niyə, xeyirdimi birdən birə bu səfər? Düşünürsən ki, bu ərəfədə nələr olub, nələr dəyişib, nə ilə üstü malalanır, necə “maskirovka” olunur bu səfər? İnternetdə bu ətrafdakı hadisələri ardıcıllıla araşdırırsan. Və soyuq, məntiqli başla hissiyyata qapılmadan, haradasa 10-15 dəqiqəyə beyində cavab hazırdır. Elə bil ki, o səfəri hazırlayanların içindəsən. Hətta bilirsən ki, nəticə nə olacaq. Eləcə də Parlamentə qanun layihəsi ortaya atılanda, hansısa ölkə bəyanat verəndə, kimsə nə cür, hansı tonda çıxış edəndə. Bir iş odur ki, bildiyini, düşündüyün hər şeyi siyasətdə demək olmur. İstintaqdan fərqli olaraq, siyasət sevmir bunu.        

 - İlqar müəllim, bəzən cinayəti etiraf etdirmək üçün istintaqçılar fiziki təzyiq metodlarından istifadə edirlər. Heçmi mümkün deyil, sırf psixoloji üsullar işə salınsın?


- Yaxşı, işini sevən və təmkinli istintaqçı, təhqiqatçı, ekspert beyinlə etiraf etdirir, qol gücü ilə yox. İttiham olunan hətta qatı cinayətkar da olsa, birincisi insandır. İkincisi o qeyri-stabil durumdadır sən yox. O səndən sonra qaranlıq, müdhiş kameraya gedəcək, sən parka gəzməyə. Yəni fövqəladə vəziyyətdə odur.

Bu halda sənin insanlığın, sənin ağılla və psixoloji təsirlə onun daxilinə girməyin bir də təmkinin və güclü bioenerjili təsirin onu boşaldır. Müstəntiqi cinayətkar qarşısında zəiflədən onun savadsızlığı, qeyri-peşəkarlığı, işinə etinasızlığı, fikri orda-burda, kefdə, öz mənfəətində olmasıdır. O da bunu hiss edir və hətta müstəntiqi dolaşdırır. Həqiqi istintaq budur ki, cani-cinayətkarla psixoloji kontakt, münasibət, bioenerji mübadiləsi olmalıdır. 

- Müğənnilərin də zaman zaman kriminal aləmlə əlaqələri haqqında danışılır. Qatardan qaçan məhbuslardan birinə yardım etdiyinə görə müğənni Fədayə Laçın da həbs olundu. Sualımız belə olacaq. Niyə məhz müğənnilər bu işdə vasitə olurlar

 

- Özünə, sənətinə hörmət edən, ardıcıl müsiqi təhsili alan, ciddi müğənni, sənət adamı çətin ki, kriminal aləmlə münasibətdə olsun.  Amma, yaradıcılığını toylarda, kafe restoranda kef əyləncə, meyxana kampaniyalarında başlayan müğənnilər təbii ki, o məclislərin daimi “görkəmli” üzvü olan kriminal avtoritetlərlə  münasibətdə olmamış deyillər. Bu münasibət də bitmək bilmir, çünki kriminal aləmlə, oğru ilə münasibətdə olub sonra qopmaq heç də asan məsələ deyil. Və çox vaxt onlar həmin müsiqiçi ya müğənniləri onların sənəti üzrə də, başqa işlər üzrə də işləməyə məcbur edirlər.      


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO
18.08.2018, 22:06

Zaqatalada qara pomidor yetişdirildi - VİDEO

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
18.08.2018, 21:51

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Putin Almaniyaya gedib
18.08.2018, 21:30

Putin Almaniyaya gedib

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq
18.08.2018, 21:12

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirə qatılacaq

“Qarabağ” çempionata qələbə ilə başladı
18.08.2018, 20:54

“Qarabağ” çempionata qələbə ilə başladı

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...
18.08.2018, 20:43

Müəllimlərin işə qəbulu müsabiqəsi YEKUNLAŞDI: NƏTİCƏLƏR ...

Ərdoğan yenidən AKP sədri oldu
18.08.2018, 20:30

Ərdoğan yenidən AKP sədri oldu

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI
18.08.2018, 20:16

Bayram günləri Bakının bu ərazilərində heyvan kəsimi aparılacaq - SİYAHI

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib
18.08.2018, 20:01

Həbsdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzi tikilib

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 
18.08.2018, 17:31

“Dünya liderlərinin gurultulu çıxışları vətəndaşa və sahibkara zərər vurur” 

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı
18.08.2018, 17:17

Lerikdə yol tikintisinə 11,3 milyon manat ayrıldı

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi
18.08.2018, 17:12

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı
18.08.2018, 16:44

Dövlət qulluğuna test imtahanının nəticələri açıqlandı

Səfər Mehdiyev gömrük postlarını YOXLADI
18.08.2018, 16:15

Səfər Mehdiyev gömrük postlarını YOXLADI

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi
18.08.2018, 16:12

Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edildi

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”
18.08.2018, 15:59

Ərdoğan: “Azanlarımızı susdura, bayrağımızı endirə bilməyəcəksiniz”

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
18.08.2018, 15:12

Məşhur restorandakı kütləvi zəhərlənməyə görə cinayət işi açıldı

Belarusa yeni baş nazir təyin olundu
18.08.2018, 14:52

Belarusa yeni baş nazir təyin olundu

Gömrükdə külli miqdarda dərman aşkar edildi
18.08.2018, 14:49

Gömrükdə külli miqdarda dərman aşkar edildi

Kofi Annan vəfat etdi
18.08.2018, 13:56

Kofi Annan vəfat etdi

Axtarışda olan 36 nəfər saxlanıldı
18.08.2018, 13:53

Axtarışda olan 36 nəfər saxlanıldı

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi
18.08.2018, 13:32

Əli Əhmədov AKP-nin qurultayında iştirak etmək üçün Türkiyəyə getdi

Biləsuvarda motosiklet aşdı, sürücü öldü
18.08.2018, 13:09

Biləsuvarda motosiklet aşdı, sürücü öldü

ARXİV