Modern.az

Böyük teatr bomba təhlükəsinə görə boşaldıldı

Böyük teatr bomba təhlükəsinə görə boşaldıldı

Dünya

5 Noyabr 2017, 21:33

Moskvada növbəti dəfə bomba həyəcanı yaşanıb. Modern.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Böyük Teatrdan 700-ə yaxın insan təxliyyə olunub. Buna səbəb binaya bombanın yerləşdirilməsi ilə bağlı anonim zəngin gəlməsi olub.

Teatrın Bethoven zalında keçiriləcək konsert də təxirə salınıb.

Bununla yanaşı QUM ticarət mərkəzindən 2800, “Metropol” otelindən isə 2 mindən çox insanı evakuasiya edilib.

Telefon terrorizminin dalğası Rusiyada 11 sentyabrdan başlanıb. Həmin vaxtdan Rusiyanın müxtəlif bölgəsindən təxminən 1,4 milyon insan təxliyyə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü