20 yanvar 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - “NKVD”nin “Maq” ləqəbli cəlladı – 12 min insanı “həvəslə” güllələyən Pyotr Maqqo...
“NKVD”nin “Maq” ləqəbli cəlladı – 12 min insanı “həvəslə” güllələyən Pyotr Maqqo...
06.11.2017, 20:29

Onların peşəsi ölüm hökmünü icra etməkdən ibarət olub. Daha dəqiq desək ölüm hökmünə məhkum olunanları güllələməkdən. Və onların bu işi haqqında, hətta ailə üzvləri belə xəbərsiz olublar. Müxtəlif illərdə bu vəzifə “NKVD”nin ştat cədvəlində başqa adlarla öz əksini tapıb. Əvvəllər Lubyanka türməsinin əməkdaşları, daha sonra “NKVD” komendaturasının zabitləri və s. Bu ad dəyişmələrinə baxmayaraq, onların heç vaxt dəyişməyən bir adı olub – CƏLLAD...

Modern.az saytı daha bir “NKVD” cəlladı, milliyətcə latış olan “Maq” ləqəbli  Pyotr Maqqo haqqında yazını təqdim edir.

 

Öz işinin peşəkarı olan Maqqo “NKVD” tarixində ən həvəsli və ehtiraslı cəllad kimi qalıb. Cəmisi iki-üç sinif bitirən, heç bir siyasi fəaliyyəti olmayan, danışmağı sevməyən, ətrafda baş verən hadisələrə laqeyd yanaşan, heç nəyə reaksiya verməyən Maqqo imkanlı kəndli ailəsində böyüyüb. Yeniyetməlik illərində atasının təsərrüfat işlərini davam etdirib, ən ağır illərdə belə ehtiyacsız yaşayıb.

 

Birinci Dünya Müharibəsinə könüllü yollanan Maqqo məhz elə həmin dövrdə zabit rütbəsi alıb, bolşeviklər partiyasına üzv olub. Daha sonra isə o, “ÇK”nın xüsusi dəstəsinə qəbul olunub. Maqqo bu dəstədə Dzerjinskinin şəxsi mühafizəsində xidmət edib. Bu xüsusi dəstənin digər bir funksiyası isə ölüm hökmünə məhkum olunanları güllələməkdən ibarət olub.

 

Vəzifəsinin ikinci hissəsini daha yaxşı icra etdiyinə görə Maqqo vəzifə pillələrini sürətlə irəliləyib. O, Lubyankadakı türməyə nəzarətçi, daha sonra isə rəis vəzifəsinə təyin edilib.

 

Maqqo amansızlığı, ölüm hökmlərini böyük həvəslə icra etməyi ilə fərqlənib. O hətta bayram və istirahət günləri də xidməti vəzifəsinin başında olub, hər gün 10-15 nəfər güllələməklə “rahatlığını” tapıb. Arxiv materiallarına görə 11 il ərzində Pyotr Maqqo 12 min nəfərə yaxın insanı tapançasının “altından keçirib”.

 

Maqqonun “siyahısından” sıravilərdən tutmuş ordenli, medallı dövlət məmurları, tanınmış ədəbiyyat və incəsənt xadimləri, yüksək rütbəli hərbçilər, siyasətçilər keçib. Zinovyev və Kamenevi Maqqo şəxsən güllələyib. Zinovyevi hökmün icrasına gətirərkən o, ayaqüstə dayana bilməyib. Maqqo amansızcasına onu saçlarından tutub qaldırdıqdan sonra tapançasını işə salıb.

 

Onun amansızlığı artdıqca rütbəsi də artıb, “siyahısı” çoxaldıqca təltifləri də çoxalıb. Məhz o, bu “xüsusi” xidmətlərinə görə, iki dəfə Qırmızı Bayraq və Lenin ordenləri ilə təltif olunub. Müharibəyə qədərki dövrdə bu mükafatlara sahib olmaq üçün göstərdiyin xidmət haqqında şəxsən Stalinin məlumatı olmalıydı və rəhbər təltif haqqında göstəriş verməliydi.

 

Çox sonralar Pyotr Maqqo ilə eyni dövrdə xidmət etmiş “NKVD”nin yüksəkçinli məmurlarından biri onun haqqında fikirlərini belə bildirib:

“Maqqo xüsusi amansızlığı ilə fərqlənirdi. Sözsüz ki, ölüm hökmünü kimsə icra etməliydi. Digərləri bunu xidməti vəzifəsi kimi həyata keçirirdi, Maqqo isə bunu sanki mənəvi borcu sayırdı. Buna görə o rəhbərlik tərəfindən “qiymətli kadr” kimi dəyərləndirilirdi. O, hədsiz dərəcədə içkiyə aludə idi. Hər güllələnmə prosesindən sonra əvvəlcə qurşağa qədər odelakonla yuyunurdu, qan və meyit qoxusunu yalnız bu vasitə ilə qismən də olsa, yox etmək olardı. Sonra isə elə xidməti kabinetində içməyə başlayırdı. Bəzən elə içirdi ki, onu sürüyə-sürüyə maşınla evlərinə aparırdılar. İçki haqqında ona irad bildirəndə isə bir cümlə ilə cavab verirdi: “Mən mühüm dövlət tapşırığını yerinə yetirirəm, vəzifəmi layiqincə yerinə yetirdikdən sonra içməyə haqqım var, iş belə tələb edir...”

 

Pyotr Maqqonun xidmətlərindən biri də gənc əməkdaşları peşəkar cəlladlığa öyrətməsi idi. O, gənc əməkdaşlara atəşin boyun nahiyəsinə açılmasını tövsiyə edirdi və başa salırdı ki, güllə boğazdan dəyəndə daha az qan çıxır və üst-başına qan sıçramır, beləliklə də, evdəki xanımlarınız qanlı köynək yumaqdan azad olurlar...”

 

 

Bəzi hallarda ölümə məhkum olunanlar güllələnməkdən bir neçə saniyə əvvəl son sözləri kimi “Stalinə eşq olsun”, “Yaşasın Stalin” kimi ifadələr işlədiblər. Bu “NKVD” rəhbərliyinin xoşuna gəlməyib, belə əsaslandırıblar ki, ölümə məhkum olunanların rəhbərin adını çəkməyə haqqı yoxdur. Bu işin həllini də Maqqoya tapşırıblar. Belə ki, o, ölüm hökmünü icra etməmişdən əvvəl güllələnəcək şəxslərlə söhbət aparmalıymış. Maqqo bu işin də öhdəsindən layiqincə gəlməyə cəhd etsə də, bir çox hallarda cəhdləri boşa çıxıb. 10-15 dəqiqədən sonra öləcəyini bilən bir şəxslə aparılan söhbət nəticəsiz qalıb. Belə faktlar da var ki, bir neçə dəfə Maqqo apardığı söhbətin nəticə vermədiyindən əsəbləşərək həmin şəxsi elə yerindəcə güllələyib.

 

“NKVD”nin Yaqoda və Yejov dövrünün ən “məhsuldar cəllad”ı olan Pyotr Maqqo 1940-cı ildə Beriyanın quruma rəhbərliyi dövründə sevimli işindən uzaqlaşdırılıb. Beriya “NKVD”nin ştat strukturunda “cəllad” vəzifəsini ləğv edib. Ölüm cəzasını isə növbə ilə komendaturanın zabitləri həyata keçiriblər.

 

Pyotr Maqqo öz sədaqətinin müqabili qarşısında Beriyanın onu işdən azad etməsini haqsızlıq sayıb və onun haqqında Stalinə dəfələlə şikayət dolu məktublar göndərib. Təbii ki, həmin məktubların hamısı cavabsız qalıb.

 

Minlərlə insanın həyatına son qoyan Maqqo bu münasibətdən sonra içkiyə daha çox aludə olub. O, 1940-cı ildə qaraciyər serrozu xəstəliyindən ölüb.


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”
20.01.2018, 10:48

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB
20.01.2018, 10:32

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           
20.01.2018, 10:29

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi
20.01.2018, 10:04

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu
20.01.2018, 09:36

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü
20.01.2018, 09:34

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı
20.01.2018, 09:21

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Şəhriyar Məmmədyarov vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib
19.01.2018, 22:06

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar
19.01.2018, 21:53

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Meksikada güclü zəlzələ
19.01.2018, 21:39

Meksikada güclü zəlzələ

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb
19.01.2018, 21:26

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb

Votsapdan daha bir yenilik
19.01.2018, 21:12

Votsapdan daha bir yenilik

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ
19.01.2018, 20:57

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir
19.01.2018, 20:30

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb
19.01.2018, 20:16

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
19.01.2018, 20:03

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır
19.01.2018, 19:51

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19.01.2018, 18:53

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)