Modern.az

Qasırğa qurbanlarının sayı 89 nəfərə çatdı

Qasırğa qurbanlarının sayı 89 nəfərə çatdı

Dünya

7 Noyabr 2017, 23:51

Vyetnamda baş verən qasırğa nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa nəticəsində 89 nəfər ölüb. Daha 18 nəfər itkin düşmüş hesab edilir.

Qeyd edək ki, noyabrın 4-dən Vyetnamda tüğyan edən “Damri” qasırğası irimiqyaslı daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.  Hazırda 100 mindən çox yaşayış evinin su altında qaldığı bildirilir. Məlumata əsasən, təbii fəlakət ən çox Kxanxoa əyalətində yerləşən Nyaçanq kurort şəhərinə ziyan vurub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü