Modern.az

Təbii fəlakət 106 nəfərin həyatına son qoydu

Təbii fəlakət 106 nəfərin həyatına son qoydu

8 Noyabr 2017, 21:07

Vyetnamın mərkəzi hissəsini cənginə alan "Damri" tayfunu nəticəsində ölənlərin sayı artıb. Modern.az xəbər verir ki, bazar günündən etibarən başlanan təbii fəlakət nəticəsində 106 nəfər həyatını itirib.

Məlumata görə, hadisə zamanı daha 25 nəfər itkin sayılır, 200-ə yaxın yaralı var.

 

Qeyd edək ki, noyabrın 6-11 arasında Vyetnamda Asiya-Sakit okean əməkdaşlıq təşkilatının sammiti keçirilir. Putin və Tarmpın da iştirak edəcəyi sammitin qrafikində təbii fəlakətlə bağlı dəyişiklik edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü