Modern.az

Ceyranbatanda 2 ev yandı

Ceyranbatanda 2 ev yandı

Aktual

14 Noyabr 2017, 18:31

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb.

 

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var