Modern.az

Rusiyada ekstremist təşkilatının 69 üzvü saxlanıldı

Rusiyada ekstremist təşkilatının 69 üzvü saxlanıldı

14 Noyabr 2017, 21:13

Rusiyada ekstremist təşkilatının 69 üzvü saxlanılıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının üzvləri  Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda keçirdikləri birgə əməliyyat nəticəsində saxlanılıb.

Məlumata görə, gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.   

 Axtarışlar zamanı saxlanılan şəxslərdən rabitə vasitələri, ekstremist ədəbiyyat, qanunsuz fəaliyyət barədə hesabatların əks olunduğu elektron informasiya daşıyıcıları aşkarlanaraq götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü