Modern.az

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Aktual

19 Noyabr 2017, 19:50

Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri müzakirə olunub.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün Azərbaycana səfəri başlayıb. Sabah S. Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra mətbuat üçün birgə bəyanat olacaq. 

Rusiya xarici işlər naziri sabah, həmçinin, ADA Universitetində tələbələrlə də görüşəcək, mühazirə oxuyacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü