Modern.az

Leyla Əliyeva sərgi AÇILIŞINDA

Leyla Əliyeva sərgi AÇILIŞINDA

Aktual

21 Noyabr 2017, 14:16

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 21-də Zirə Mədəniyyət Mərkəzində “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda sərginin təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.

Sərgidə müxtəlif mədəniyyət və sənətkarlıq mərkəzləri, incəsənət məktəblərindən olan 14-29 yaşlı gənclərin monumental rəngkarlıq, dəzgah rəngkarlığı, ofort, linoqravyura, kvillinq, xəttatlıq, batika, keramika, rəngkarlıq, heykəltəraşlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, vitraj, mayolika, ksiloqrafiya, silkoqrafiya, təkəlduz və s. üslublarda hazırladıqları əsərlər nümayiş olunub.

 

Həmçinin gənc rəssamların ekoloji mövzuda çəkdikləri rəsmlər sərgilənib. Sərgidəki nümunələr müxtəlif ad altında təqdim olunub. Orada elektron kitabxana, şahmat otağı, art və moda studiyaları nümayiş olunub.

Səgini izləyən Leyla Əliyeva müxtəlif rəsm nümunələri ilə tanış olaraq müəlliflərə öz təşəkkürünü bildirib. Sonda o, sərgi iştirakçıları ilə birgə Ekoloji mühitin qorunması mövzusunda pontomim teatr tamaşasını izləyib. Bir sıra tələbələr və təşkilatçılar ilə şəkil çəkdirib.

 

Sərginin ən azyaşlı iştirakçısı 4 yaşlı Miyasət Babayeva olub. Sərgidə fiziki məhdudiyyətli gənclərin əl işləri də təqdim olunub.

 

 

Sərgidə gənc rəssamlar diplomla təltif ediliblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən təşkil olunan sərginin məqsədi gənclərin ekoloji sahəyə maraqlarının artırılması, onların bu mövzuda maarifləndirilməsi, yaradıcılıq potensiallarının dəstəklənməsi və sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

 

Nəzrin RÜSTƏMOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü