Modern.az

Keçmiş arvadını öldürən kişi həbs olunub  

Keçmiş arvadını öldürən kişi həbs olunub  

22 Noyabr 2017, 13:26

Oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Nəticədə M.Muxtarova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən F.Muxtarovun Şəmkir rayonu ərazisində gizləndiyi müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan yayınan şəxs Şəmkir rayonu ərazisində qaldığı evdə tutularaq şübhəli şəxs qismində  istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü