Modern.az

Rizvan Cəbiyev oğlu ilə keçmiş gəlininin “müharibəsindən” DANIŞDI: “Bu formada yalan olmaz axı!”

Rizvan Cəbiyev oğlu ilə keçmiş gəlininin “müharibəsindən” DANIŞDI: “Bu formada yalan olmaz axı!”

28 Noyabr 2017, 17:21

Tanınmış reper Anar Nağılbazla keçmiş həyat yoldaşı arasında yaşanan gərginlik iki gündür həm sosial şəbəkələrdə, həm də mətbuat səhifələrində müzakirə mövzusuna çevrilib.

Reperin keçmiş həyat yoldaşı  mətbuata açıqlamasında Anarın övladlarına baxmadığını, aliment ödəmədiyini söyləyib. Nağılbaz isə qarşı tərəfə cavab olaraq bunları bildirib: "Uşaqlarıma lazımi səviyyədə baxıram. Ona verdiyim pulları bahalı butiklərə xərcləməkdənsə, uşaqlara xərcləsin".
Media səhifələrindəki “söz atışmaları” tərəflər arasında gərginliyin pik həddə çatdığından xəbər verir.


Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev Modern.az-a açıqlamasında işə qarışmadığını desə də, məsələnin göründüyü kimi olmadığını bildirib.

“Bu məsələdə olmayan şeylər olan kimi qələmə verilib. Eyni zamanda, ortada “yanmasan tüstü çıxmaz” məsəli ki var, baxın, o da doğrudur. Sadəcə, hər şey gözlə görünən və kiminsə qələmə verdiyi kimi deyil. Hər hərəkətin arxasında çox sadə və ciddi səbəblər var. O səbəbləri bilmədən yalan məlumatlar yayırlar. Anarın keçmiş yoldaşı ilə aralarında münasibətlər olsa da, bu məsələdə bəziləri sərhəddi keçib. Bunlar çox ciddi hərəkətlər doğura bilən hərəkətlərdir. Ona görə də ailə olaraq danışmamağı qərara almışıq. Bu məsələ ilə hüquq- mühafizə orqanları məşğul olacaq. Nəticəyə mütləq varılacaq. Fərq etməz, ya biz, ya da o biri tərəfdən, kim yalan deyibsə, böhtan atıbsa, şantaj edibsə, mütləq cəzasını almalıdır”.

Rizvan Cəbiyev nəvələrinin diqqətsiz qalması məsələsinə də aydınlıq gətirib.

“Nəvələrim bizə gəlib-gedir. Onların da hissləri ilə oynanılır. Ona da təəssüf edirəm. Yazırlar ki, mart ayından bəri uşaqların üzünü görməyiblər. 40 gün, yəni iyul ayından avqustun 7-nə qədər uşaqlar bizim evdə olub. Bu formada yalan olmaz axı! Dəfələrlə ağsaqqal adam kimi bu məsələlərin sülhlə bitməsinə çalışdım. Təəssüf edirəm ki, alınmadı. Bu məsələdə heç kəsi günahlandırmıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir