Modern.az

Azərbaycanın Kosta-Rika ilə diplomatik əlaqələrdən qazancı nə olacaq...  

Azərbaycanın Kosta-Rika ilə diplomatik əlaqələrdən qazancı nə olacaq...   

Aktual

30 Noyabr 2017, 13:44

29 noyabrda  Kosta-Rikanın Azərbaycanda səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz bildirib ki, Azərbaycanda səfirliyin açılması qısa müddətdə yaranan dostluq əlaqələrinin göstəricisidir və son illərdə iki ölkə arasında münasibətlər daha da inkişaf edib.

Kosta-Rikanın nümunəsində ümumuyyətlə son zamanlar Azərbaycanın Amerika, həmçinin Afrika ilə münasibətlərində istiləşmə müşahidə edilir.

Bəs Azərbaycanın Kosta-Rika ilə qurulan diplomatik  əlaqələrdən qazancı nədir?

 

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, ölkəmizin geostrateji əhəmiyyəti Amerikanı  Azərbaycana yanaşmağa vadar edir:

“İmkan olduğu halda bütün ölkələrlə diplomatik münasibətlərin yaradılması vacibdir. Həmçinin Kosta Rika da bir sıra beynəlxalq təşkilatların, qurumların üzvüdür. Hər halda Amerika qitəsində tanınan ölkələrdən biridir. Bu nöqteyi-nəzərdən  diplomatik əlaqələrin yaradılması zənnimcə, həm iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından , həm də beynəlxalq təşkilatlarda Azərbaycan haqlarının qorunması baxımından  mühüm əhəmiyyətə malikdir.

Bu gün biz bir çox ölkələrlə diplomatik münaisbətlər saxlamaq üçün nisbətən qənaət etmək məcburiyyətindəyik. Amma görünür,  bu dövlətin strateji əhəmiyyəti var və buna görə də Azərbaycan onunla mütəmadi münasibətlər yaradılır.

Digər tərəfdən, Azərbaycanın geostrateji əhəmiyyəti, Avropanın enerji təchizatındakı getdikcə artan rolu, Amerikanı da Azərbaycana yanaşmağa vadar edir”.

 

Q.Hüseynli qeyd edib ki, Azərbaycan-Amerika münasibətlərinin istiləşməsi ölkəmiz üçün  əlverişli ictimai-siyasi mühit yaradır:

“Eyni zamanda, Amerika Rusiyanı Avropanın enerji bazarlarından çıxarmaq niyyətindədir. Həmin ölkənin bu gün əsas məqsədi Rusiyanın zəiflədilməsi, çökdürülməsidir. Azərbaycanın enerji ehtiyatları  alternativ mənbə kimi  mühüm rol oynaya bilər.

Sözsüz ki, Amerika və ya Afrika ölkələri ilə münasibətlərin istiləşməsi ölkəmiz üçün  əlverişli ictimai-siyasi mühit yaradır. Azərbaycan bu ictimai-siyasi mühitdən öz xarici iqtisadi əlaqələrini,  həm də siyasətini möhkəmləndirmək üçün  istifadə edəcək. Əsas qazancımız bu, ola bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü