15 oktyabr 2018, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - “Ermənistan iqtidarı öz xalqını aldadır” - MÜSAHİBƏ  
“Ermənistan iqtidarı öz xalqını aldadır” - MÜSAHİBƏ   +
07.12.2017, 12:45

Bir neçə gün öncə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Kiyevdə keçirilən 50-ci sessiyasında ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı və s. kimi məsələləri özündə əks etdirən Bəyannamə qəbul edilib. Erməni deputatlar Bəyannaməyə etirazəlaməti olaraq toplantını tərk ediblər. Onlar Ermənistana geri döndükdən sonra məsələni fərqli şəkildə mətbuata təqdim ediblər. Bəs əslində toplantıda nə baş verib?

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Modern.az-a müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirib. 

 

- Eldar müəllim, Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) maraqlı Bəyannamə qəbul olunub. Bəyannamədə qeyd edilib ki, üzv dövlətlər bir-birinin ərazi toxunulmazlığına hörmətlə yanaşmalı, bir-birinin ərazisini işğal edə bilməzlər. Ermənistandan olan deputatlar geri döndükdən sonra bu Bəyannamənin Qarabağa aid olmadığını söyləyiblər. 

 

- Bilirsiniz, biz hər zaman Ermənistan siyasi rəhbərliyinin, deputatlarının yalan danışdıqlarının şahidi olmuşuq. Ermənistanın QDİƏT PA-dakı nümayəndə heyətinin üzvlərinin geri döndükdən sonra mətbuata verdikləri açıqlamalar da bu sıradandır. Bu Bəyannamənin layihəsini Rostov şəhərində hazırlamağa başlamışdıq. Bundan əvvəl də iyul ayında QDİƏT PA-nın  İstanbulda keçirilən 49-cu sessiyasında bunun başlanıcı olan Bəyannamə qəbul edilmişdi. İndiki Bəyannamədə qeyd olunur ki, bir dövlətin digərinin ərazi bütövlüyünü pozması yolverilməzdir. Bu, beynəlxalq hüquqda da öz əksini tapıb. Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsız azad etməsi üçün 4 qətnaməsi var. Bu qətnamələrdə də qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalı, zəbt edilmiş torpaqlar qeyd-şərtsiz azad edilməli, dinc əhali doğma yurduna qayıtmalıdır. AŞ PA, ATƏT PA, İslam Ölkələri Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq qurumlar da Azərbaycanın ərazi bütövlyü ilə bağlı sənədlər qəbul edib. 
Bizim indi QDİƏT PA-da qəbul etdiyimiz Bəyannamə bir növ bu qətnamələrin davamıdır.

İndi gələk erməni deputatların dediklərinə, öz ölkələrində verdikləri yalan informasiyalara. Əgər həqiqətən bu məsələnin Qarabağa aidiyyatı yox idisə, niyə erməni deputatlar etiraz əlaməti olaraq iclas zalını tərk etdilər? Niyə iclasda iştirak etmədilər? 
Bəyannamə səsə qoyulmazdan əvvəl adəti üzrə nümayəndə heyətləri tərəfindən əlavə və dəyişikliklər təklifi edilə bilər. Bu dəfə də Ermənistan nümayəndə heyəti tərəfindən 3 əlavə təklif edildi. Bizim nümayəndə heyəti isə 1 təklif verdi.  Təklifimiz Ukrayna nümayəndə heyəti ilə razılaşdırılaraq, bizim adımızdan deyil, ev sahibi Ukrayna nümayəndə heyəti tərəfindən təqdim olundu. Daha sonra isə əlavələr səsə qoyuldu. Ermənistanın 3 təklifi QDİƏT PA-ya üzv ölkələrin nümayəndə heyətləri tərəfindən qəbul edilmədi. Bizim təklifimiz toplantıda iştirak edən nümayəndə  heyətləri tərəfindən yekdilliklə qəbul edildi. Beləliklə,  Bəyamnamə bizim əlavələrlə qəbul olunaraq, qüvvəyə mindi. 


- Erməni deputatlar bu Bəyannaməni Rusiyaya aid ediblər. Sizcə, bu erməni deputatların öz məğlubiyyətlərini başqa səmtə yönəltməsidir, yoxsa?

 

 - Onlar yenə Ermənistan vətəndaşlarına yalan danışırlar. Guya bu Bəyannamə Rusiyaya aiddir, Qarabağa aid deyil, bu, bütövlükdə yalandır. Niyə o zaman iclası tərk etdilər? Bilirsiniz, bütün beynəlxalq təşkilatlarda olduğu kimi, QDİƏT PA-da da erməni deputatlara etimad ilbəil azalır. Çünki onlar hər zaman yalanlar danışırlar, məkirli siyasət yeridirlər. 
Rusiya bizimlə tərəfdaş ölkədir. Bu gün 2 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır. Azərbaycanda isə rus millətindən olan 400 mindən çox insan yaşayır. Bizim Rusiya ilə normal qonşuluq münasibətlərimiz var. Dövlət səviyyəsində də Rusiya ilə dostluq münasibəti qurmuşuq. 
Bir neçə gün öncə bir sorğu keçirilib, məlum olub ki, dünyada rusların Rusiyadan başqa ən sakit, rahat yaşadığı ölkə Azərbaycandır. Görünür ermənilər bundan çox narahatdılar. Ona görə də bu fikirlər ermənilərin uydurduğu yalandır. Ermənistan hakimiyyəti həmişəki kimi yenə də öz xalqını aldatmaqla məşğuldur. Bir daha xatırladım ki, bu məsələ erməni deputatları narahat etməsəydi, onlar zalı tərk etməzdilər. Bu əlavənin qəbul edilməsi onları o qədər narahat etdi ki, hətta QDİƏT PA-nın  mədəniyyət, siyasi, iqtisadiyyat komitələrinin iclaslarında da iştirak etmədilər.

 



- Necə oldu ki, bu təklifi irəli sürdünüz?

 

- Əvvəl məlumat üçün qeyd edim ki, QDİƏT-in Parlament Assambleyası noyabr ayının 27-də start götürdü və mən ora nümayəndə heyətilə getmişdim. Biz orada digər dövlətlərdən olan nümayəndə heyətlərinin rəhbərlərilə görüşlər keçirdik. Bu Bəyannamənin layihəsini bundan öncə Rusiyanın Rostov şəhərində siyasi komitənin toplantıda hazırlamışdıq. Bakıya qayıtdıqdan sonra mən bu məsələ ilə bağlı Milli Məclisin sədri, hörmətli Oqtay Əsədov cənablarına məlumat vermişdim.

 

- Erməni deputatlar bu sənədin qəbul edilməsinə necə reaksiya verdilər?

 

- Parlament Assambleyasının reqlamentinə əsasən, hər bir dövlətin nümayəndə heyəti öz təkliflərini təqdim edə bilər. Biz orada qeyd etdik ki, QDİƏT-ə üzv olan ölkələr biri-birinin torpağını zəbt edə bilməzlər. Zəbt edibsə, həmin torpaqları geri qaytarmalıdır. Bildirdik ki, erməni deputatlar özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Onlar bizim irəli sürdüyümüz əlavəni oxuyan kimi bütün nümayəndə heyəti ilə zalı tərk etdilər və bir daha geri qayıtmadılar. Assambleyada iştirak edən dövlətlərin nümayəndələri bizim təqdim etdiyimiz sənədin lehinə oldular və Bəyannamə qəbul edildi.

 

Mən təxminən 2 ildir ki QDİƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri olaraq iştirak edirəm. Qətiyyətlə deyə bilərəm ki, keçirdiyimiz toplantının heç birində ermənilərin qaldırdığı məsələ qəbul edilməyib. 
Qurumun üzvü olan digər ölkələrin nümayəndələri də bunu bilir. Dəfələrlə bəyan etmişik ki, Ermənistan Qarabağda ancaq vandalizmlə məşğuldur. Bizim tarixi abidələrimizi dağıdırlar. Ermənistan rəhbərliyi isə bütün hallarda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Azərbaycanın mövqeyi isə həmişə dəyişməz olub, belə də olacaq.


- Azərbaycan ilk dəfə olaraq QDİƏT PA-da belə bir sənədin qəbuluna nail oldu, bu, sizin rəhbərlik etdiyiniz dövrə təsadüf edir. Bir rəhbər olaraq nümayəndə heyətinin fəaliyyətindən razısınızmı?

 

- Bu, bütün nümayəndə heyətinin uğuru idi. Təklif məndən olub. Hər birimizin istəyi odur ki, tez bir zamanda Qarabağ problemi həll olunsun. Ancaq Ermənistan “Böyük Ermənistan” yaratmaq xülyasındadır, hələ də bundan əl çəkməyiblər. Qətiyyətlə deyə bilərəm ki, artıq bütün dünyada Ermənistanın iç üzü açılmaqdadır.  


-  QDİƏT Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi çıxışınızda daha hansı mövzulara toxundunuz?

 

 - Azərbaycanın bugünkü iqtisadi, siyasi durumundan danışdım. Mən bundan istifadə edərək qeyd etdim ki, 2025-ci ildə Dünya Ekspo Sərgisi keçiriləcək. 2025-ci ildə keçirilməsi nəzərdə tutulan bu sərginin təşkili üçün namizəd olan ölkələr arasında Azərbaycan da var. Burada bizdən başqa daha üç namizəd ölkə var: Rusiya, Yaponiya və Fransa. 
Gələn ilin noyabr ayında Dünya Ekspo Sərgisinin  hansı ölkədə keçrilməsinə görə səsvermə keçriləcək. Dünya Ekspo Sərgisinin 170-dən çox üzvü var. Hər ölkənin  hökuməti bir səslə namizədliyi irəli sürülmüş ölkələrin birinə səs verəcək. Mən öz çıxışımda Azərbaycanın regionda aparıcı ölkə olduğunu, regiona böyük töhfələr verdiyini, həmçinin, regionda qəbul edilən bütün proyektərdə Azərbaycanın da iştirakının olduğunu bildirdim. Ölkəmizdə keçirilmiş beynəlxalq əhəmiyyətli forumlar, toplantılar, idman yarışları barədə məlumat verdim. Regionda Azərbaycanın ən təhlükəsiz ölkə olduğunu konkret dəlillərlə diqqətə çatdırdım, ölkəmizin artıq dünyanın ən mötəbər toplantılara ev sahibliyi etdiyini vurğuladım. Azərbaycanın tolerant ölkə olduğunu bildirdim. Bu məsələlərin məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini bildirdim. Assambleya toplantısında QDİƏT-dən əlavə digər beynəlxalq təşkilatların müşahidəçi qismində iştirak etdiyini nəzərə alaraq xahiş etdim ki, Yaponiyada 5, Fransada 4 dəfə Dünya Ekspo Sərgisi keçirilib.Yaponiya, Fransa inkişaf etmiş ölkələrdir, Azərbaycan isə 26 ildir ki, müstəqil dövlətdir və  inkişaf etməkdə olan ölkələrdən ən öndə gedən ölkədir. Əgər bizə səs versəniz, siz Azərbaycandakı hərtərəfli inkişafın şahidi olarsınız. Assambleyanın toplantısından sonra isə siyasi komitənin iclası oldu. Burada da Azərbaycanın son nailiyyətləri haqqında və  Bakı-Tbilisi-Qars dəmiryolu kimi nəhəmg layihədən söhbət açdım. Bildirdim ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi Qədim İpək Yolunun bərpası deməkdir. Bu layihənin gələcək perspektivləri haqqında məlumat verdim. Bildirdim ki, bu dəmiryolu xətti yüklərin 3-4 dəfə daha tez daşınmasına  zəmin yaradır. Bu həm vaxta, həm də məsrəflərə qənaət etmək deməkdir. Məlumat verdim ki, qonşu ölkə  İran İslam Respublikası ilə dövlət səviyyəsində danışıqlar aparılır. Yaxın vaxtlarda Bəndərabas portundan yüklər Bəndərabas – Astara – Bakı və oradan da Bakı-Tiblisi-Qars dəmiryolu xətti vasitəsilə avropaya çatdırılacaq. 
“Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması barədə də məlumat verdim. Daha sonra isə iqtisadi komitənin iclasında nümayəndə heyətinin üzvü Əflatun Amaşovun və mədəniyyət komitəsinin iclasında Jalə Əliyevanın çıxışı oldu.

 

- Növbəti tədbirlərdə başqa hansı addımlar atmaq fikrindəsiniz?

 

 - Növbəti iclas Albaniyada keçiriləcək. Bundan əvvəl fevral ayında daimi komissiyanın İstanbulda iclası olacaq. Xeyli hədəflərimiz var. Başlıcası,  Azərbaycanı olduğu kimi dünyaya tanıtmaq, düşməni ifşa etməkdir. Biz bu çıxışlarımızı dayandırmayacağıq, ədalət bərpa olunana qədər davam edəcəyik.


Əbülfəz Kərimov


VIDEO
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 
15.10.2018, 15:22

Lerikdə yük maşını dərəyə aşdı - Ölən var 

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib
15.10.2018, 15:15

Azərbaycan ədəbiyyatı Frankfurt sərgisində təqdim edilib

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”
15.10.2018, 15:13

Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: “Heç kimə güzəşt olmayacaq”

İlham Əliyev Astaraya getdi 
15.10.2018, 15:05

İlham Əliyev Astaraya getdi 

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
15.10.2018, 14:54

Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu
15.10.2018, 14:48

Lənkəranda 7 kəndi birləşdirən yolun açılışı oldu

Bu yolda hərəkət bərpa ediləcək
15.10.2018, 14:41

Bu yolda hərəkət bərpa ediləcək

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR
15.10.2018, 14:40

Yol polisi reyd keçirdi, gərgin anlar yaşandı - FOTOLAR

Eldar Quliyev Yunanıstana gedir
15.10.2018, 14:36

Eldar Quliyev Yunanıstana gedir

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar
15.10.2018, 14:34

 “Bu serialın mənə, əsərimə heç bir dəxli yoxdur” - Anar

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
15.10.2018, 14:27

UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında
15.10.2018, 14:20

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 
15.10.2018, 14:14

Diaspor sədrinin cənazəsi Azərbaycana gətirilir 

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”
15.10.2018, 14:08

Həsən bəy Ağayevin nəticəsi NARAZIDIR: “Babamın adını yada salmırlar”

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək
15.10.2018, 13:42

Avtobusda və taksidə siqaret çəkənlər cərimələnəcək

Hər bir azərbaycanlının Prezidenti
15.10.2018, 13:32

Hər bir azərbaycanlının Prezidenti

Ömürlük məhkumlarla bağlı qanun dəyişir   
15.10.2018, 13:25

Ömürlük məhkumlarla bağlı qanun dəyişir  

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO
15.10.2018, 13:20

Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvü oldu - FOTO

On beş il: sabit və təhlükəsiz Azərbaycan
15.10.2018, 13:15

On beş il: sabit və təhlükəsiz Azərbaycan

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir
15.10.2018, 13:12

Nazirlik: Sürüşmə zonasında gərginlik davam edir

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı   
15.10.2018, 13:09

Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yaydı  

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ
15.10.2018, 13:05

Yağış yağacaq, leysan olacaq... - XƏBƏRDARLIQ

Ermənistan prezidenti Azərbaycan ərazisində
15.10.2018, 12:58

Ermənistan prezidenti Azərbaycan ərazisində

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı   
15.10.2018, 12:52

İki kişi ilə birləşib ərini öldürən qadın saxlanıldı  

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi
15.10.2018, 12:38

Təqsirləndirilən şəxs Elmira Axundovadan üzr istədi

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO
15.10.2018, 12:38

İlham Əliyev və xanımı Olimpiya stadionunun açılışında  - FOTO

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI
15.10.2018, 12:30

Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları - I YAZI

Britaniya kraliçası növbəti dəfə nənə olacaq
15.10.2018, 12:27

Britaniya kraliçası növbəti dəfə nənə olacaq

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb
15.10.2018, 12:24

9 ayda 3 mindən artıq şəxs ölkədən çıxarılıb

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ
15.10.2018, 12:22

Xaricdə yaşayan jurnalist: “Çoxları elə bilir ki, Norveç vətəndaşlığı küçəyə tökülüb” - MÜSAHİBƏ

UNEC stendi mükafata layiq görüldü - FOTO
15.10.2018, 12:12

UNEC stendi mükafata layiq görüldü - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI   
15.10.2018, 12:06

Qida Təhlükəsizliyi Agentliyinin həkimi və daha 5 nəfər həbs olundu - SİYAHI  

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”
15.10.2018, 12:01

Nazirlikdən şəhid vərəsələrinə verilən ödəmələrlə bağlı AÇIQLAMA: “85 faizi bilir”

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR
15.10.2018, 11:54

Milli Məclis sabah 17 məsələyə görə TOPLANIR

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR
15.10.2018, 11:52

Prezident və xanımı İstisu və Sağlamlıq Mərkəzinin açılışında - FOTOLAR

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır   
15.10.2018, 11:51

Fazil Məmmədov reanimasiyaya düşüb - xanımı onu tək buraxmır  

Telefon oğrusu tutuldu
15.10.2018, 11:47

Telefon oğrusu tutuldu

İtaliya Avropa İttifaqını çökdürə bilər
15.10.2018, 11:42

İtaliya Avropa İttifaqını çökdürə bilər

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA
15.10.2018, 11:37

Nazirlikdən şəhid ailələrinin narazılığına REAKSİYA

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur
15.10.2018, 11:31

Sürüşmə ərazisindəki villaların sakinləri köçüblər - Evləri gözətçilər qoruyur

Prezident və birinci xanım Lənkəranda
15.10.2018, 11:27

Prezident və birinci xanım Lənkəranda

Bu yolda təmir gedir!
15.10.2018, 11:26

Bu yolda təmir gedir!

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi
15.10.2018, 11:20

Novruz Məmmədov vahid büdcə təsnifatını təsdiqlədi

Vəzifə tutmaq istəyənlərin nəzərinə!
15.10.2018, 11:13

Vəzifə tutmaq istəyənlərin nəzərinə!

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA
15.10.2018, 11:11

Mirəlioğlu müavinlərini işdən qovub? - AÇIQLAMA

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur
15.10.2018, 11:02

Beynəlxalq Bankın aktivləri 8.3 milyard manatdan çoxdur

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir
15.10.2018, 10:59

Buraxılış imtahanlarına görə valideynlərlə görüşlər keçirilir

Bakıda akkumulyator oğruları tutuldu - FOTO
15.10.2018, 10:53

Bakıda akkumulyator oğruları tutuldu - FOTO

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018, 10:46

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO
15.10.2018, 10:40

Naqif Həmzəyev seçicilərilə görüşüb - FOTO

ARXİV