22 iyul 2018, Bazar
Ana Səhifə - CƏMİYYƏT - Rədd edilən eşq, qocalıqda evlilik,  olmayan övlad - Nuru Paşanın uğursuz ailə həyatı
Rədd edilən eşq, qocalıqda evlilik,  olmayan övlad - Nuru Paşanın uğursuz ailə həyatı
07.12.2017, 01:21

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.

 

Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında Bakının qurtuluşu və qurtuluşun memarı olan Nuru Paşa, onun Qafqaz İslam Ordusu barəsində də yazılar təqdim edəcəyik. Çünki 28 May tarixi bizim üçün nə qədər önəmlidirsə, Bakının xilas olunduğu 15 sentyabr da (1918) o dərəcədə əhəmiyyətlidir. Odur ki, bu şanlı tarixi gün və onun səbəbkarları da unudulmamalıdır.

 

Bu dəfə Nuru Paşanın  baş tutmayan ailə həyatından danışacağıq. Nuru Paşa yalnız ölümündən  3 il əvvəl ailə həyatı qurdu. O izdivacdan da heç bir övlad olmadı. Araşdırmaçı Mehman Süleymanovun “Nuru Paşa və silahdaşları”, yazıçı Manaf  Süleymanovun “Hacı Zeynalabdin Tağıyev” adlı əsərlərindən istifadə edərək Nuru Paşanın uğursuz ailə həyatı haqqında bir neçə faktı təqdim edəcəyik:

 

Nuru Paşanın gec ailə qurmasına səbəb, bəlkə də, Hacı Zeynalabdin Tağıyev olub.

 

Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla ailə həyatı qurmaq istəyirmiş. Sara xanımın bu barədə xatirələrini Manaf Süleymanov öz kitablarında çap etdirmişdi. Sara xanım bildirirdi ki, ona Buxara əmiri də elçi düşübmüş. Amma uzaqda olduğu üçün Hacı Zeynalabdin Tağıyev Sara xanımı verməyib. Məlumdur ki, Nuru paşa Bakıda olarkən Hacı Zeynalabdin Tağıyev onu böyük təntənə ilə qarşılamışdı və Xəlil paşaya da Bakıda qaldığı günlərdə evində yer vermişdi. Nuru paşa da ona Sara xanımla ailə həyatı qurmaq istədiyini demişdi. Sara xanım bu hadisəni belə xatırlayırdı:

 

 

“Adı dillər əzbəri olan İslam türk ordusunun baş komandanı Nuru paşa Bakını almışdı. Bir neçə dəfə görüşmüşdük. Hər şeyi başa düşürdüm. Romantik, şairanə arzularla yaşayırdım... Paşa bir neçə dəfə ziyafətdə olmuşdu. Bağımıza gəlmişdi... Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman kimi görünürdü... Tək mənim yox, elə hamının... Hacıya ağız açıb mənə evlənmək istədiyini demişdi... Atam ona da Buxara əmirinə verdiyi cavabı vermişdi... O zaman Nuru Paşanın 29 yaşı var idi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya dərin ehtiram bəsləsə də, övladının gözündən uzaqda olmasına razılıq vermədi. Başqa bir kitabında Manaf Süleymanov Nuru Paşa ilə Sara xanımım görüşləri zamanı Nuru Paşanın ona şer oxumasını da qələmə almışdı. Sonradan Nuru Paşa uzun müddət ailə həyatı qurmaq fikrinə düşmədi. Çox güman ki, rastlaşdığı ağır həyat və sınaqlar onu ailə qurmaqdan çəkindirdi. 1921-ci ildə Nuru Paşa bir də ailə həyatı qurmaq barədə fikirləşməyə başladı. Yuxarıda qeyd edildiyi kimi, 1921-ci il avqust ayının 22-də Ənvər paşaya göndərdiyi məktubunda ailə həyatı qurmaq istəməsindən söz açır və onun nəzərində olan xanımlar barəsində Ənvər Paşaya məlumat verirdi. Nuru Paşa iki xanımın adını çəkir. Biri Karçıbaşılardan olan Həmidə xanımın qızı, bir də prinses İffət xanımın qızı. Əlavə olaraq Nuru Paşa Həmidə xanımın qızının gənc və gözəl bir xanım olduğunu bildirirdi. Amma həmin ildə M.Süleymanovun adıçəkilən əsərində Nuru Paşanın ailə həyatı haqqında bu cür bilgilər verilir:

 

“Nuru Paşa ailə həyatı qurmadı. O bir də 1946-cı ildə, həlak olmasından 3 il əvvəl Ənvər Paşaya məktubunda adını çəkdiyi prinses İffət xanımım qızı Misli Mələk xanımla ailə həyatı qurdu. 1901-ci ildə doğulmuş olan Misli Mələk xanımın anası İffət xanım Misir prinsesi idi. Nuru Paşa ilə Misli Mələk xanımın övladı olmamışdı. Nuru Paşanın həlak olmasından sonra Misli Mələk xanım uzun bir həyat yaşamış və 1989-cu ildə dünyasını dəyişmişdi”.

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

ARXİV