Modern.az

Putinlə Ərdoğan Trampın qərarını müzakirə edəcək

Putinlə Ərdoğan Trampın qərarını müzakirə edəcək

Dünya

7 Dekabr 2017, 17:36

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qüds ətrafında yaranmış böhranı müzakirə edəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tərəflər ABŞ səfirliyinin Qüdsə köçürülməsini pisləyəcək.

“Axşam Putinlə Ərdoğan arasında telefon danışığı baş tutacaq. Tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra Yaxın Şərqdə yaranacaq situasiyanı müzakirə edəcək”-deyə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.


Xatıırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb. ABŞ-ın bu addımı İsrail-Fələstin münaqişəsindəki vəziyyəti gərginlləşdirib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü